Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Bu şəxslər pensiya ala bilməyəcəklər – Nazirlikdən xəbərdarlıq

Cəmiyyət

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar.

Cagdas.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

Əmək müqaviləsi ilə çalışan işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq, sosial sığorta sistemində iştirak etməklə gələcək pensiya hüququ qazanmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququna malikdir.

Bununla yanaşı, əmək müqaviləsi ilə işləyən şəxslər ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə edə, iş vaxtından artıq işə cəlb olunduqda əlavə əməkhaqqı ala bilərlər.

Həmçinin həmin işçilər icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin olunurlar.

Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olurlar.

Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən elektron qaydada imzalandıqda hüquqi qüvvəyə minir.