Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu şəxslər pullarını geri ala biləcək – Yenilik

Cəmiyyət

Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılır.

Cagdas.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması müvafiq qaydalar əsasında həyata keçirilir.

Qeyd olunub ki, əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə geri qaytarılır.

Məlumata əsasən, əcnəbi şəxsin Azərbaycanda tibb müəssisələrindən aldığı tibbi xidmətlərə görə nağdsız şəkildə ödədiyi ƏDV ölkə ərazisini tərk edərkən “Tax Free” rejimində geri qaytarılır.

Bunun üçün qaydaların tələblərinə əməl olunması zəruridir.\milli.az\