Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? – MÜƏMMA

Cəmiyyət

2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Ağalarovun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması yenidən xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş azərbaycanlıların məsələsini gündəmə gətirib. Məlumdur ki, son illərdə İŞİD və digər terrorçu qruplaşmaların tərkibində Suriya, Əfqanıstan, Pakistan və digər ölkələrdə döyüşən Azərbaycan vətəndaşları olub. Onların bir qismi öldürülüb, bəziləri saxlanılıb, digərlərinin isə taleyi ilə bağlı müxtəlif məlumatlar səsləndirilir.

Bəs sağ qalan və hazırda axtarışda olan şəxslərlə bağlı aidiyyəti qurumların məlumat bazası nə dərəcədə əhatəlidir? Onların kimliyi tam müəyyən edilirmi? Sənədlərini və xarici görünüşlərini dəyişdirərək Azərbaycana qayıtmaları mümkündürmü?
Cagdas.az-a danışan vəkil Mehman Muradlı deyib ki, hər bir şəxslə bağlı məlumatlar aidiyyəti qurumlarda, o cümlədən DTX-də var:

“Həmin şəxsin harada vuruşduğu, hansı fəaliyyətlə məşğul olduğu, hansı addımları atdığı və hər hansı cinayət törədib-törətmədiyi barədə məlumatlar araşdırılır. Bu məlumatlar əsasında da kimlərin həbs edilməli, kimlərin ölkəyə gətirilməli olduğu müəyyənləşdirilir”.

Mehman Muradlı

Estetik baxımdan dəyişərək pasport nəzarətindən keçmək məsələsinə gəlincə vəkil bildirib ki, bu, praktiki olaraq mümkün deyil:

“Düzdür, hazırda estetik müdaxilələrlə insanın çəkisini, üz cizgilərini dəyişmək mümkündür. Lakin biometrik məlumatları dəyişdirmək mümkün deyil. Ən mühüm biometrik göstəricilərdən biri də gözdür. Şəxs hava limanında pasport nəzarətindən keçərkən simasını nə qədər dəyişsə belə, biometrik sistemlər vasitəsilə onun kimliyi müəyyən edilir. Sənədlərini dəfələrlə dəyişsə belə, ölkəyə giriş zamanı kameralar qarşısında onunla bağlı məlumatlar sistemdə üzə çıxa bilər. Buna görə də belə bir addıma əl atılacağına inanmıram”.\Globalinfo.az\