Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu tarixdə Avropa qaranlığa qərq olacaq

Cəmiyyət

Avropa səmasında 12 avqust 2026-cı il tarixində son illərin ən diqqətçəkən astronomik hadisələrindən biri – tam Günəş tutulması baş verəcək. Mütəxəssislərin sözlərinə görə, bu hadisə son iyirmi ildə Avropa ictimaiyyəti üçün ən əhəmiyyətli səma hadisələrindən biri hesab olunur.

Məlumata görə, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın şimal-şərqində yaşayanlar tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Avropanın digər bir sıra ölkələrində isə tutulma qismən görünəcək.

Avropa Kosmik Agentliyi (ESA) bildirib ki, İspaniyanın şimalı bu nadir təbiət hadisəsini izləmək üçün ən əlverişli məkanlardan biridir. Bu səbəbdən bölgəyə minlərlə turistin və astronomiya həvəskarının axın edəcəyi gözlənilir.

ESA-nın Elm Direktoru professor Kerol Mandell tam Günəş tutulmasının həm elmi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Tam Günəş tutulması milyonlarla insanın eyni anda səmaya baxdığı, heyrət və həyəcan hissini birlikdə yaşadığı çox nadir anlardan biridir”, – deyə o bildirib.

Astronomlar qeyd edirlər ki, tam Günəş tutulması zamanı Ay Günəşi tam örtür, gündüz vaxtı qısa müddətlik qaranlıq yaranır və Günəşin yalnız xarici atmosferi – tacı (korona) görünür. Bu möhtəşəm təbiət hadisəsinin milyonlarla insan tərəfindən izlənəcəyi gözlənilir.(oxu24.com)