Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Cəmiyyət

YAŞAT” Fondu 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 AZN məbləğində pul mükafatı təqdim edəcək.

Cagdas.az  xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev həmin şəxslərlə görüşüb.

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olunan, həmçinin dünya reytinqində ilk 1000-likdə yer alan universitetlərdən birinə qəbul olunan şəxslər müraciət edə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabr 2026-cı ildir.

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tələbə mükafatı təqdim olunub.\modern.az\