• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.3° Weather Columbus
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Bu, təxribat xarakterli təşəbbüsdür”

03 Avqust, 26 / 11:23
A A

Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qondarma “Artsax Respublikası” və Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü pisləyən bəyanat yayıb.

Cagdas.az -ın APA-ya istinadən məlumatına görə, bəyanatda bildirilib ki, bu, birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış təşəbbüsdür.

“Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə zidd olan bu təşəbbüs rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayır.

Bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının siyasi iradəsinin müstəqil ifadəsi kimi qiymətləndirilə bilməz. Onlar Fransanın xarici siyasət gündəmini ötürən vasitələr kimi çıxış etməyi seçərək, Korsikanın milli maraqlarını, dilini, mədəniyyətini və kimliyini müdafiə etməli olan nümayəndələrdən daha çox, Parisin siyasi alətlərinə, faktiki olaraq marionetlərinə çevrilmişlər.

Bu mövqenin ikiüzlülüyü xüsusilə diqqət çəkir. Minlərlə kilometr uzaqda öz müqəddəratını təyinetmə hüququndan yüksək səslə danışan eyni siyasi dairələr, Korsikanın özündə Korsika xalqının ən elementar dil və siyasi hüquqlarını təmin etmək istəmir.

Fransa Konstitusiyasının 2-ci maddəsinə əsasən, fransız dili Respublikanın yeganə rəsmi dilidir. Fransa məhkəmə orqanları Korsika və fransız dillərinin həm Korsika Assambleyasında müzakirə dili, həm də Korsika İcra Hakimiyyətinin işçi dilləri kimi tanınmasını nəzərdə tutan müddəaları ləğv etmişdir. 2025-ci ilin iyun ayında isə Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının həmin qərarlardan verdiyi apellyasiya şikayətini qəbul etməkdən imtina etmişdir.

Bundan əlavə, Fransa 1999-cu ildə Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, bu günədək onu ratifikasiya etməmişdir. Avropa Şurası korsika dilini Xartiyanın əhatə etdiyi tarixi regional dillərdən biri kimi açıq şəkildə tanıyır.

Cənubi Qafqazla bağlı təşəbbüslər qəbul etməzdən əvvəl, həmin nümayəndələr bir neçə suala cavab verməlidirlər:

– Nə üçün onlar Korsika dilinə bərabər institusional status verməkdən imtina edən dövlətə tabe olaraq qalırlar?

– Nə üçün rəsmi Paris tərəfindən həyata keçirilən mərkəzləşdirici və məqsədyönlü assimilyasiya siyasətinə qarşı eyni qətiyyəti nümayiş etdirmirlər?

– Nə üçün xaricdə dekolonizasiya ritorikasından istifadə etdikləri halda, Korsikanın kimliyi, təhsili, dili və siyasi qərarverməsi üzərində Fransa hökmranlığının davam edən nəticələrini görməzlikdən gəlirlər?

Bakı Təşəbbüs Qrupu Korsika xalqı ilə Fransa hökumətinin maraqlarına xidmət edən və Korsikanın milli maraqlarını müdafiə etmək əvəzinə Parisə siyasi itaəti seçən şəxslər arasında aydın fərq qoyur.

Korsika xalqı Korsika dilini qoruyan, Korsika mədəniyyətini yaşadan və xalqın öz siyasi gələcəyini müəyyən etmək hüququnu ardıcıl şəkildə müdafiə edən nümayəndələrə layiqdir, Fransa xarici siyasətinin alətlərinə çevrilmiş nümayəndələrə deyil.

Bakı Təşəbbüs Qrupu Korsika Assambleyasını diqqətini ilk növbədə Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırır.

Assambleya Fransadan aşağıdakıları tələb etməlidir:

– Korsika dilinin tam institusional tanınması;

– Onun təhsil, idarəetmə və ictimai həyatda maneəsiz istifadəsinə təminat verilməsi;

– Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının ratifikasiya edilməsi;

– Korsika xalqının milli kimliyinin və mədəniyyətinin qorunması;

– Korsika xalqının siyasi iradəsinə və öz müqəddəratını təyinetmə hüququna həqiqi hörmət göstərilməsi.

BTQ Korsika Assambleyasını siyasi və institusional müstəqilliyini qorumağa və Fransa dövlətinin milli gündəmini irəli aparan bir alətə çevrilməsinə imkan verməməyə çağırır. Korsika xalqının nümayəndə orqanı olaraq Assambleya, Korsika xalqının dil, mədəniyyət və siyasi hüquqlarını müdafiə etməli, Korsikanın kimliyini və arzularını zəiflədən siyasətlərin legitimləşdirilməsi üçün istifadə olunmasına yol verməməlidir”, – bəyanatda deyilir.

 


Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan vətəndaşlığı ilə bağlı müraciətlər artıb? – Rəsmi STATİSTİKA

Avqust 3, 2026
Cəmiyyət

Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? – SİYAHI

Avqust 3, 2026
Cəmiyyət

Nikah məhkəmədən kənar pozula bilərmi ? – HÜQUQ MƏSLƏHƏTİ

Avqust 3, 2026
Cəmiyyət

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

Avqust 3, 2026
Cəmiyyət

Magistraturaya qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq

Avqust 3, 2026
Cəmiyyət

Bakıda mənzillərin kvadratı 7 min manat oldu – VİDEO

Avqust 3, 2026

XƏBƏR LENTİ

Azərbaycan vətəndaşlığı ilə bağlı müraciətlər artıb? – Rəsmi STATİSTİKA

03 Avqust, 26 / 12:18

Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? – SİYAHI

03 Avqust, 26 / 12:04

Nikah məhkəmədən kənar pozula bilərmi ? – HÜQUQ MƏSLƏHƏTİ

03 Avqust, 26 / 11:50

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR

03 Avqust, 26 / 11:37

“Bu, təxribat xarakterli təşəbbüsdür”

03 Avqust, 26 / 11:23

Magistraturaya qeydiyyat yalnız “mygov” üzərindən aparılacaq

03 Avqust, 26 / 11:10

Bakıda mənzillərin kvadratı 7 min manat oldu – VİDEO

03 Avqust, 26 / 10:56

Tramp: İranla Hörmüz boğazı üzrə razılıq əldə olunub

03 Avqust, 26 / 10:43

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

03 Avqust, 26 / 10:29

Kolleclərə ixtisas seçimi başladı

03 Avqust, 26 / 10:16
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.