Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu vərdiş insanları stressə salır – ARAŞDIRMA

Cəmiyyət

Almaniyanın Duisburq-Essen Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada 900 yetkin iştirakçının internetdən istifadəsi araşdırılıb. İştirakçılar internetdən istifadə tezliyinə görə üç qrupa bölünüblər: patoloji, riskli və risksiz istifadə edənlər.

Cagdas.Az  xəbər verir ki, araşdırmanın nəticələri göstərib ki, internetdən həddən artıq istifadə edən iştirakçıların əhval-ruhiyyəsi daha aşağı olur və onlar daha çox stress yaşayırlar.

Tədqiqatçılardan biri olan Silke M. Müller bildirib:

“İnternet istifadəçilərinin yalnız kiçik bir hissəsində patoloji səviyyədə internet istifadəsi müşahidə olunur. İnternetdən istifadə əyləncə və ya istirahət üçün faydalı ola bilər. Lakin idman etmək, təmiz hava almaq və dostlarla vaxt keçirmək kimi özümüzü yaxşı hiss etməyimizə kömək edən digər fəaliyyətlərə də laqeyd yanaşmamaq vacibdir”.

Müller qeyd edib ki, internetdən istifadənin bütün formaları mənfi nəticələrə səbəb olmur. Problemlər əsasən internetdən həddindən artıq istifadə zamanı ortaya çıxır.(sfera.az)