Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Bu yoldan üzü o tərəfə ölümdür…” – Gecələr xüsusilə ehtiyatlı olun – Video

Cəmiyyət

Sosial şəbəkələrdə paylaşılan paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rasim Məmmədov küçəsi, 8-ci döngədə sonu uçurum olan yolun videosu müzakirələrə səbəb olub.

Çağdaş.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, məhəllədaxili yolda xəbərdaredici heç bir nişan yoxdur.

Qeyd olunub ki, bu vəziyyət ərazidən ilk dəfə istifadə edən sürücülər üçün ciddi problem yaradır.

Həmin ünvanda yaşayan vətəndaşların sözlərinə görə, uzun müddətdir ərazidə təhlükə hökm sürür. Qeyd edilib ki, iki gün öncə sakinlərdən biri tərəfindən küçənin sonundakı yerə təhlükəsizlik üçün torpaq da tökülüb.

Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb: “Yaxın müddət ərzində aidiyyəti qurum tərəfindən xəbərdaredici nişanın və təhlükəsizlik baryerinin quraşdırılması təmin edilərək məsələ öz həllini tapacaq”.

Daha ətraflı süjetdə: