Son dəqiqə

Büdcədən maaşlara 1,6 milyard manat çox vəsait ayrılacaq

Cəmiyyət

2027-ci ildə dövlət büdcəsində əməyin ödənişi xərcləri üçün 11 milyard 891,3 milyon manat nəzərdə tutulur.

Cagdas.az  xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Bu, 2026-cı illə müqayisədə 1 milyard 643,9 milyon manat və ya 16 faiz çoxdur. Əməyin ödənişi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 28 faizini təşkil edəcək.

Ümumilikdə, gələn il sosialyönlü xərclərə 18 milyard 733,4 milyon manat ayrılması proqnozlaşdırılır. Bu məbləğ cari illə müqayisədə 1 milyard 582,1 milyon manat və ya 9,2 faiz çoxdur.

Sosialyönlü xərclərə əməkhaqqı ilə yanaşı, təqaüd və sosial müavinətlər, ərzaq, dərman və tibbi ləvazimatların alınması, icbari tibbi sığorta və digər sosial dəstək tədbirləri daxildir.