• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bulvarın statusu dəyişir: Dövlət büdcəsindən asılılıq azalacaq?

26 Avqust, 26 / 21:37
A A

Dənizkənarı Bulvar İdarəsinin publik hüquqi şəxsdən dövlətə məxsus kommersiya hüquqi şəxsi olan Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilməsi nəzərdə tutulur. Bu dəyişiklik Bulvarın idarəetmə və maliyyələşmə modelində yeniliklərə səbəb ola bilər. QSC statusunun qurumun kommersiya fəaliyyətini genişləndirməsi, öz gəlirlərini artırması və dövlət büdcəsindən asılılığını azaltması gözlənilir.

Cagdas.az xəbər veriri ki mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Dənizkənarı Bulvar İdarəsinin publik hüquqi şəxsdən dövlətə məxsus Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi idarəetmədə daha kommersiya yönümlü modelə keçid yarada bilər.

Onun sözlərinə görə, QSC statusu quruma gəlir gətirən fəaliyyətləri daha çevik təşkil etmək, xidmət və layihələrdən əldə olunan vəsaitləri artırmaq, xərcləri gəlirlərlə daha sıx əlaqələndirmək imkanı verə bilər.

“Bu dəyişiklikdən sonra Bulvarın gəlirlərinin artırılması üçün reklam, icarə, tədbirlərin təşkili, turizm və əyləncə xidmətləri kimi istiqamətlərin daha səmərəli istifadəsi mümkün ola bilər. Öz gəlirlərinin artması dövlət büdcəsindən maliyyələşməyə olan ehtiyacı müəyyən qədər azalda bilər. Lakin Bulvarın ictimai əhəmiyyətli məkan olması nəzərə alınaraq, kommersiya məqsədləri ilə ictimai maraqlar arasında balans qorunmalıdır”, – deyə iqtisadçı qeyd edib.

Akif Nəsirli strukturun və ştat vahidlərinin optimallaşdırılmasının xərclərin azalmasına və idarəetmənin daha səmərəli qurulmasına şərait yarada biləcəyini vurğulayıb.

“Əməkhaqqı sisteminin nəticə və məhsuldarlıqla əlaqələndirilməsi də işçilərin motivasiyasını artıra və əmək xərclərinin daha effektiv idarə olunmasına imkan verə bilər”, – deyə o əlavə edib.

İqtisadçının sözlərinə görə, əsas məqsəd sadəcə hüquqi statusun dəyişdirilməsi deyil, Bulvarın öz gəlirlərini artıran, xərclərini optimallaşdıran və dövlət vəsaitindən asılılığı tədricən azaldan dayanıqlı maliyyə modelinə keçirilməsidir.

“Bununla yanaşı, şəffaflıq və ictimai nəzarət də qorunmalıdır”, – deyə Akif Nəsirli bildirib.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu tarixdən külək güclənəcək

Avqust 26, 2026
Cəmiyyət

5 səhmdar cəmiyyətinin səhm paketi, 82 avtomobil və gəmi hərraca çıxarılır

Avqust 26, 2026
Cəmiyyət

Daha 10 ünvanda minib-düşmə yerləri quraşdırıldı

Avqust 26, 2026
Cəmiyyət

Vətəndaşların ən çox istifadə etdiyi sığorta növləri AÇIQLANDI

Avqust 26, 2026
Cəmiyyət

Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi

Avqust 26, 2026
Cəmiyyət

MİNLƏRLƏ İNSANA ŞAD XƏBƏR: Yüksək maaşlı YENİ İŞ YERİ açılır

Avqust 26, 2026

XƏBƏR LENTİ

Bu tarixdən külək güclənəcək

26 Avqust, 26 / 22:04

5 səhmdar cəmiyyətinin səhm paketi, 82 avtomobil və gəmi hərraca çıxarılır

26 Avqust, 26 / 21:51

Bulvarın statusu dəyişir: Dövlət büdcəsindən asılılıq azalacaq?

26 Avqust, 26 / 21:37

Atəşkəs müddətində yeni silahlar alıblar

26 Avqust, 26 / 21:23

Daha 10 ünvanda minib-düşmə yerləri quraşdırıldı

26 Avqust, 26 / 21:09

Vətəndaşların ən çox istifadə etdiyi sığorta növləri AÇIQLANDI

26 Avqust, 26 / 20:56

Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi

26 Avqust, 26 / 20:42

MİNLƏRLƏ İNSANA ŞAD XƏBƏR: Yüksək maaşlı YENİ İŞ YERİ açılır

26 Avqust, 26 / 20:27

Wi-Fi insanları telefonsuz belə tanıya bilir

26 Avqust, 26 / 20:14

Xəzərdə yeni ada peyda oldu

26 Avqust, 26 / 20:01
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.