• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Çalışın 2030-a qədər ölməyin!

24 Avqust, 26 / 17:27
A A

Xərçəng fərdiləşəndə

“Kitab Adam” layihəsi çərçivəsində Bakıda Ürfan Məmmədli ilə söhbət edərkən “Çalışın 2030-cu ilə sağ qalın, çünki tibb 3-4 ilə elə inkişaf edəcək ki, bütün dərdlərin davası tapılacaq” demişdim. Bizim sosial-şəbəkələrin “növbətçi qaragüruhu” boş-boş fikirlər səsləndirdilər. Bu kiçik qeydlərimi onlara cavab olaraq yazmıram…

Bu ayın ortalarında Amerika şirkətləri “Moderna” və “Merck” bir xəbər açıqladılar və yer yerindən oynadı.

Xəbər ilk baxışdan elmi-fantastikaya bənzəyir: dəri xərçənginin ən təhlükəli forması olan melanomaya qarşı fərdi hazırlanmış bir mRNA peyvəndi, geniş yayılmış immunoterapiya dərmanı “Keytruda” ilə birlikdə tətbiq edildikdə, xəstəliyin geri qayıtmasını əhəmiyyətli dərəcədə yavaşlatdı.

1137 xəstənin iştirak etdiyi böyük bir klinik sınaqda əldə olunan bu nəticə indiyədək bu sahədə görülən ən inandırıcı sübutlardan biri sayılır. Daha əvvəlki, kiçik miqyaslı sınaqda rəqəmlər daha da çarpıcı idi: peyvənd əlavə edildikdə, xəstələrin ölüm və xəstəliyin geri qayıtma riski, təkcə “Keytruda” alanlarla müqayisədə, demək olar ki, yarıya enmişdi.

“Keytruda” artıq illərdir dünyada geniş istifadə olunan, xərçəng hüceyrələrinin immun sistemdən “gizlənmək” üçün qurduğu hiyləni pozan bir dərmandır. Xərçəng hüceyrələri bədənin öz mühafizəçilərini – T-hüceyrələrini çaşdırıb yatırtmağı bacarır; Keytruda isə həmin yatırdıcı siqnalı bloklayaraq immun sisteminə “oyan, düşmən buradadır” deyir. Yeni peyvənd isə bu oyanmış immunitetə konkret hədəf göstərir.

Bu möcüzənin arxasında iki Nobel mükafatının izi var. 2018-ci ildə amerikalı alim Ceyms Allison və yapon alim Tasuku Honco məhz bu “immun əyləci açma” prinsipini kəşf etdikləri üçün Nobel mükafatına layiq görülüblər. “Keytruda” kimi preparatların əsası da elə bu kəşfdir. 2023-cü ildə isə macarıstan əsilli Katalin Kariko və Dryu Vaysman isimli amerikalı alimlər uzun illər ciddiyə alınmayan mRNA texnologiyasını işlək hala gətirdikləri üçün Nobel mükafatı qazanıblar. Bu gün o iki kəşf bir-birinə calanıb, tək bir iynədə birləşir.

Onəmli bir xüsusr: bu peyvəndi əczaxanada satılmayacaq. Çünki peyvənd cərrahiyyə əməliyyatı zamanı xəstədən götürülmüş şiş toxumasının öyrənilməsi və şişə məxsus, başqa heç kimdə təkrarlanmayan xüsusiyyətlərə uyğun, yalnız konkret o xəstən üçün laboratoriyada hazırlanan mRNA-nın sintez edilməsi yolu ilə yaradılır. Bu proses həftələr çəkir və nəticədə ortaya çıxan doza, sözün əsl mənasında, yalnız bir nəfərə aiddir – təkrarlana bilməyən, kütləvi istehsal oluna bilməyən, satıla bilməyən fərdi “resept”.

Bütün bunlar əslində tibbin son on ildə keçdiyi inqilabi yeniliklərə kiçik bir nümunədir. Bir zamanlar həkimlər hansısa konkret xəstəliyə minlərlər pasientə eyni dərmanı yazırdı; indi isə tibb get-gedər “fərdi tibb” adlanan bir dövrə keçir – hər insanın genetik xəritəsinə, hətta onun şişinin özünəməxsus mutasiyalarına görə ayrıca müalicə hazırlanır. Bu sürət o qədər böyükdür ki, bir neçə il əvvəl elmi fantastika sayılan şey bu gün klinik sınaq nəticəsinə çevrilib.

Nəticələr Moderna səhmlərinin bir gündə iki dəfədən çox bahalaşmasına səbəb oldu; indi eyni metod böyrək, sidik kisəsi və ağciyər xərçəngləri üçün də sınaqdan keçirilir.

Dostlar, çalışın 2030-a qədər ölməyin!\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

Avqust 24, 2026
Cəmiyyət

Hər uşağa 70 min dollar yardım veriləcək – Sinqapurda

Avqust 24, 2026
Cəmiyyət

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

Avqust 24, 2026
Cəmiyyət

Bakının mərkəzi yollarından biri bağlanır

Avqust 24, 2026
Cəmiyyət

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Avqust 24, 2026
Cəmiyyət

Əsgərlərin postda yatması ciddi problemə çevrilib

Avqust 24, 2026

XƏBƏR LENTİ

Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu

24 Avqust, 26 / 19:38

Hər uşağa 70 min dollar yardım veriləcək – Sinqapurda

24 Avqust, 26 / 19:26

Azərbaycan Özbəkistana bu məhsulları satacaq

24 Avqust, 26 / 19:12

Bakının mərkəzi yollarından biri bağlanır

24 Avqust, 26 / 18:56

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

24 Avqust, 26 / 18:40

Əsgərlərin postda yatması ciddi problemə çevrilib

24 Avqust, 26 / 18:25

Prezidentin sosial media hesablarında İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşıldı

24 Avqust, 26 / 18:07

Paşinyan erməni konyakından imtina etdi – bizim deyil

24 Avqust, 26 / 17:53

İrandan Hörmüz boğazı ilə bağlı sərt qərar

24 Avqust, 26 / 17:39

Çalışın 2030-a qədər ölməyin!

24 Avqust, 26 / 17:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.