Dünyada ən çox sevilən aktyorlardan biri, bir çoxlarının uşaqlıq əfsanəsi Ceki Çanın Bakıya gəlib.
Cagdas.az-ın məlumatına görə, məşhur aktyor “Tanrının zirehi” film seriyasının 4-cü ekran işinin çəkilişləri üçün Azərbaycana gəlib. Filmin çəkilişlərinin bir hissəsi Qazaxıstanda aparılıb, hazırda isə Bakıda 10 gün ərzində davam etdirilməsi planlaşdırılır.
Filmin istehsalını Qazaxıstanın “Salem Entertainment” şirkəti həyata keçirir. Ekran işinin bəzi səhnələrinin Azərbaycanda çəkilməsi də məhz Qazaxıstan tərəfindən tövsiyə edilib. Ceki Çanın Azərbaycana səfərinin Qazaxıstan səfirliyinin dəstəyi ilə reallaşdığı bildirilir.
Aktyor Bakıda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi turistik yerlərdə çəkiliş edəcək. (milli.az)
















