Cagdas.az APA-ya istinadən xəbər verir ki rayonun Ağdaş kəndi ərazisində yol çəkilişi işləri aparılarkən torpaq qatının altından saxsı qablar və müxtəlif küplər üzə çıxıb.
İlkin ehtimallara görə, tapılan küplər əsasən məişətdə istifadə olunan qablar olub.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması ehtimal edilir.
Aşkarlanan arxeoloji tapıntılar barədə artıq aidiyyəti qurumlara məlumat verilib. Ərazidə əlavə araşdırmaların aparılması və tapıntıların dəqiq tarixinin müəyyənləşdirilməsi gözlənilir

















