• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

28 İyul, 26 / 23:31
A A

Gündəlik həyatda, xüsusilə də gərgin və stresli şəraitdə yaşayan insanlar arasında süni intellektin psixoloqu əvəz edib-edə bilməyəcəyi ilə bağlı suallar artır.

Cagdas.az -ın xarici mediaya istinadən xəbərinə görə, süni intellektin insan psixikasına təsirino bir sıra alimlər araşdırıb. Amerikalı fəlsəfə doktoru, psixoloq Cudit S. Bek Psychology Today üçün yazdığı məqalədə tədqiqatlara istinad edərək bildirib ki, ChatGPT kimi süni intellekt çat-botlarından psixoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etməyin həm üstünlükləri, həm də ciddi riskləri var. Mütəxəssisin sözlərinə görə, mənfi tərəflər o qədər əhəmiyyətlidir ki, ilk növbədə məhz onlara diqqət yetirmək lazımdır.

ChatGPT-ni niyə psixoloq əvəzinə istifadə etmək olmaz?

Psixoloq vurğulayır ki, ciddi psixi pozuntuların, o cümlədən bipolyar pozuntu və ya şizofreniyanın əlamətləri olan şəxslər, eləcə də özünə və ya başqalarına zərər vermək barədə düşünən insanlar çat-botlardan psixoloji dəstək məqsədilə istifadə etməməlidirlər.

Araşdırmalara görə, radikal və ya ifrat düşüncələrə malik insanlar bəzən süni intellektin onların fikirlərini təsdiqlədiyini hiss edirlər. Çünki çat-botun əsas məqsədlərindən biri istifadəçi ilə uyğun ünsiyyət qurmaqdır. Dünyada sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemi yaşayan şəxslərin çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığı, hətta intihar və ya zorakılıq hadisələrinin baş verdiyi qeyd olunur.

Alimlər bildirirlər ki, psixi xəstəliyi olmayan insanlar üçün də belə platformalar müəyyən risklər yarada bilər. Süni intellekt istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi düşüncələrini istəmədən gücləndirə bilər.

Süni intellektə emosional bağlılıq yarana bilər

Mütəxəssislərin fikrincə, bəzi insanlar zamanla süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarını həqiqi empatiya kimi dəyərləndirməyə başlayırlar. Bu isə emosional asılılığın yaranmasına, real insanlarla münasibətlərin zəifləməsinə və sosial əlaqələrin azalmasına səbəb ola bilər.

ChatGPT-ni psixoloq kimi istifadə etməyin digər mənfi cəhətləri

Çat-bot mürəkkəb və ya xroniki psixoloji problemləri, eləcə də toksik münasibətlərdə olan insanları lazımi şəkildə qiymətləndirə bilmir. Belə hallarda peşəkar və fərdiləşdirilmiş müalicə planına ehtiyac olur. Bundan əlavə, süni intellekt istifadəçinin davranış və düşüncə tərzini hərtərəfli təhlil etmək imkanına malik deyil. Buna görə də verdiyi tövsiyələr konkret vəziyyət üçün uyğun olmaya və ya yanlış istiqamətə yönləndirə bilər.

Ekspert həmçinin qeyd edir ki, çat-botlar fərdi terapiya metodlarını istifadəçiyə uyğunlaşdıra bilmir. Bundan başqa, məlumatların məxfiliyi və hüquqi məsuliyyət məsələləri də tam həll olunmayıb. Bir çox istifadəçi düzgün sorğu yazmaqla ChatGPT-ni psixoloqa çevirməyin mümkün olduğunu düşünsə də, mütəxəssislər bunun təhlükəsiz yanaşma olmadığını vurğulayırlar.

Süni intellekt psixoloqu əvəz edə bilərmi?

Mütəxəssislərin fikrincə, süni intellekt istənilən vaxt əlçatan olsa da, onu peşəkar psixoloq və ya psixoterapevtin tam alternativi hesab etmək düzgün deyil. Bundan əlavə, ChatGPT ilə yazışmaların tam anonim olduğu düşüncəsi də reallığı tam əks etdirmir. Süni intellekt müəyyən mövzularda dəstək, məlumat və düşünməyə kömək edən alət ola bilər, lakin ciddi psixoloji problemlərin diaqnostikası və müalicəsi yalnız ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır./lent.az

Bənzər Xəbərlər

Cəmiyyət

Hava limanı olmayan ölkə- Bura yalnız qonşu ölkələrdən keçid mümkündür

İyul 28, 2026
Cəmiyyət

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

İyul 28, 2026
Cəmiyyət

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

İyul 28, 2026
Cəmiyyət

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

İyul 28, 2026
Cəmiyyət

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

İyul 28, 2026
Cəmiyyət

Bu şəxslərin maaşı artırılacaq

İyul 28, 2026

XƏBƏR LENTİ

Keçməyən öskürəyin səbəbi nədir?

28 İyul, 26 / 23:45

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

28 İyul, 26 / 23:31

Hava limanı olmayan ölkə- Bura yalnız qonşu ölkələrdən keçid mümkündür

28 İyul, 26 / 23:18

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

28 İyul, 26 / 23:05

“Sabah” Maludanı satdı – BU MƏBLƏĞƏ

28 İyul, 26 / 22:48

İkardi “Qalatasaray”ın vida matçından imtina etdi

28 İyul, 26 / 22:33

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

28 İyul, 26 / 21:53

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

28 İyul, 26 / 21:41

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

28 İyul, 26 / 21:27

İran Ukraynaya qarşı müharibəyə qoşulur

28 İyul, 26 / 21:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.