Son dəqiqə
Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Müəllimlərin pensiyası necə artırıla bilər? – AÇIQLAMA
Reklam
Reklam

Çində avtomobil satışları azalıb – Daha çox məhsul ixraca yönəlib

Cəmiyyət

2026-cı ilin avqustunda Çində avtomobil satışları illik müqayisədə 24 faiz azalaraq 1,54 milyon ədədə düşüb.

Cagdas.az “Bloomberg”ə istinadən xəbər verir ki, satış dinamikasında azalma bu ilin əvvəlindən müşahidə edilir.

Əvvəlki illə müqayisədə bu il satışların 20 faiz azalması qeydə alınıb. Əvəzində Çindən avtomobil ixracı artıb. Yalnız avqustda Çindən avtomobil ixracı 78 faiz artaraq 888 min ədədə çatıb.

Çindən elektrikli mühərriklə təchiz edilən avtomobil ixracı da artır. BYD proqnozlaşdırır ki, bu il şirkətin elektrikli avtomobil ixracı 2 milyon ədədə çatacaq. BYD avqustda 184 min elektrikli avtomobil satıb.

Çinli şirkətlər daxili bazarda satışları artırmaq üçün kəskin qiymət endirimləri edirlər. İlin ilk yeddi ayında Çin avtomobil sektorunun mənfəət marjası 3,6 faizə düşüb. Bu nisbət Çin istehsal sənayesi üçün orta hesabla 6,5 faiz olan gəlirlilikdən xeyli aşağıdır.\modern.az\