• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.941
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“COVID-19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

21 İyul, 26 / 23:16
A A
“Pandemiya dövründə koronavirusu ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”.

Cagdas.az xəbər verir ki, bunu “Yeni Sabah”a həkim-terapevt Şahvələd Məmmədov bildirib.

Onun sözlərinə görə, D vitamini orqanizm üçün olduqca vacib elementlərdən biridir:

“Əslində, D vitamini təkcə vitamin deyil, həm də hormon kimi fəaliyyət göstərir. Günəş şüalarının təsiri nəticəsində orqanizmdə sintez olunur və orqanizmdə müəyyən normativ göstəriciləri var. Bu göstəricilər normadan aşağı düşdükdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Böyüklərdə osteoporoz, osteomalasiya kimi sümük xəstəlikləri, uşaqlarda isə raxit və raxitəbənzər hallar müşahidə oluna bilər”.

Ş.Məmmədov vurğulayıb ki, məhz buna görə də uşaqlara doğulduğu gündən etibarən, adətən, 1 yaş 6 ayına qədər həkim təyinatı ilə profilaktik olaraq D vitamini verilir:

“D vitamininin əsas funksiyalarından biri bağırsaqlarda kalsium və fosforun sorulmasını təmin etməkdir. Eyni zamanda, immun sisteminin normal fəaliyyətində də mühüm rol oynayır. Pandemiya dövründə də müşahidə olundu ki, COVID-19-u ağır keçirən xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi. Belə hallarda xəstələrə analiz nəticələrinə uyğun olaraq D vitamini təyin edilir, orqanizmdə yaranmış çatışmazlıq aradan qaldırılırdı. Lakin D vitamininin həddindən artıq, yəni gündəlik və ya aylıq normadan artıq qəbul edilməsi də ciddi fəsadlara səbəb ola bilər. Buna görə bu vitamin yalnız həkim məsləhəti və təyinatı ilə qəbul edilməlidir”.

Ş.Məmmədov qeyd edib ki, pandemiya dövründə immun sisteminin zəifləməsi və virusun orqanizmə təsiri nəticəsində D vitamini çatışmazlığına daha çox rast gəlinirdi:

“Buna görə də həm uşaqlarda, həm də böyüklərdə ən çox təyin olunan preparatlardan biri də D vitamini idi. Uşaqlar və böyüklər üçün D vitamininin dozası fərqlidir. Uşaqlarda 1 yaş 6 ayına qədər profilaktik məqsədlə gündəlik qəbul tövsiyə olunur. Böyüklərdə isə doza analiz nəticələrinə əsasən müəyyən edilir və gündəlik, həftəlik və ya aylıq şəkildə təyin oluna bilər. D vitamini damcı, tablet və ampul formasında mövcuddur. Hansı preparatın və hansı dozanın uyğun olacağı isə hər bir xəstəyə fərdi qaydada həkim tərəfindən müəyyən edilir”.(

 

Bənzər Xəbərlər

Cəmiyyət

145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür

İyul 21, 2026
Cəmiyyət

8 min manatlıq ixtisas – Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

İyul 21, 2026
Cəmiyyət

Ermənistan güləşçiləri Azərbaycana gəlir

İyul 21, 2026
Cəmiyyət

Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

İyul 21, 2026
Cəmiyyət

Küveytdə İranın hücumları nəticəsində enerji və su təmizləyici obyektlərdə yanğın baş verib

İyul 21, 2026
Cəmiyyət

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya artacaq

İyul 21, 2026

XƏBƏR LENTİ

145 milyon işıq ili uzaqlığındakı kəşf: sürətlə böyüyür

21 İyul, 26 / 23:43

10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız

21 İyul, 26 / 23:30

“COVID-19 vaxtında da xəstələrin əksəriyyətində D vitamini çatışmazlığı var idi”

21 İyul, 26 / 23:16

8 min manatlıq ixtisas – Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR

21 İyul, 26 / 22:21

Ermənistan güləşçiləri Azərbaycana gəlir

21 İyul, 26 / 22:07

Valideynlər bunu mütləq etməlidir: Əks halda CƏRİMƏ OLUNACAQLAR

21 İyul, 26 / 21:53

Küveytdə İranın hücumları nəticəsində enerji və su təmizləyici obyektlərdə yanğın baş verib

21 İyul, 26 / 21:38

65 yaşdan sonra işləyənlərə şad xəbər: Pensiya artacaq

21 İyul, 26 / 21:24

ƏMAS-da yeni funksionallıq yaradıldı

21 İyul, 26 / 21:10

İranın 150 metr dərinlikdəki nüvə bazası Trampın HƏDƏFİNDƏ

21 İyul, 26 / 20:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.