D vitamini insan orqanizminin sağlam fəaliyyəti, immunitet sisteminin güclənməsi və sümük sağlığının qorunması üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə günəş işığının az olduğu dövrlərdə bədəndə bu vitaminin çatışmazlığı daha tez-tez müşahidə olunur. Çox vaxt vətəndaşlar D vitaminini kapsul, yoxsa damcı (yağ) formasında qəbul etməyin daha faydalı olduğu mövzusunda tərəddüd edirlər. Mütəxəssislər bildirirlər ki, D vitamininin bədəndə mənimsənilmə mexanizmini bilmək doğru seçim etməyə kömək edir. Bu maddə orqanizm tərəfindən sadəcə klassik vitamin kimi deyil, daha çox ferment kimi qarşılanır və yağda həll olan struktura malikdir.
Cagdas.az xəbər verir ki, D vitamininin xarakterində özünəməxsus bir xüsusiyyət var. Bədənimiz D vitaminini adi vitamin kimi yox, ferment kimi qarşılayır. Ona görə də elmdə buna sadəcə vitamin demək müəyyən mənada yanlışlıq hesab olunur. Bütün dünya alimləri də təsdiqləyir ki, bədən bunu ferment kimi qəbul edir və bu, yağda olan bir fermentdir.
Kapsulun içərisində olan da elə həmin yağdır. İnsan kapsulu udduqda mədədə onun üst qatı əriyir və içindəki yağ tökülür. Buna görə də elə birbaşa yağ (damcı/məhlul) formasında istifadə etmək daha rahatdır.
Gündə bir dəfə yeməklərinizin üzərinə tökərək istifadə edə bilərsiniz. Məsələn, elə bizim ümumqəbul olunmuş dərman dəyərinə malik yağlar (məsələn, zəncirotu/laboy yağı) həm ucuzdur, həm də yüksək təsir gücünə malikdir. Hər gün bir çay qaşığı yeməyinizə əlavə edib qəbul etməyiniz kifayətdir.(Oxu24.com )
















