Günümüzdə insan sağlamlığı üçün vacib olan D vitamini çatışmazlığı ən çox rast gəlinən problemlərdən biridir. Əhalinin böyük bir hissəsi orqanizmdəki bu boşluğu doldurmaq üçün müxtəlif həblərə və kapsullara müraciət edir. Lakin bu preparatların hansı formada və necə qəbul edilməsi barədə bir çox insan kifayət qədər məlumatlı deyil. Yanlış qəbul forması orqanizmin bu faydalı maddədən yetərincə yararlanmasına mane ola bilir. Bu səbəbdən D vitamininin bədəndə necə mənimsənildiyini bilmək hər bir şəxs üçün böyük vaciblik daşıyır.
Cagdas.az-ın məlumatına görə, D vitamini xaraktercə özü bir yağdır. Bədənimiz isə bu D vitaminini vitamin olaraq deyil, ferment olaraq qarşılayır. Ona “vitamin” adını vermək belə yanlışdır, bütün dünya alimləri də təsdiqləyir ki, bədən bunu ferment kimi qəbul edir. Bu, yağda olan bir fermentdir.
Kapsulun içərisindəki də həmin yağdır. Mədə tərəfindən udulanda kapsulun üst təbəqəsi əriyir və içindəki yağ mədəyə tökülür. Ona görə də elə birbaşa yağ kimi istifadə etmək daha rahatdır. Məsələn, hər gün bir dəfə yeməklərinizə bir çay qaşığı töküb rahatlıqla istifadə edə bilərsiniz.(Oxu24.com
















