Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Daha bir əfsanə Bakıya gəlir – Səbəb

Cəmiyyət

Azərbaycanlı iş adamı Emin Ağalarov Xəzər sahilində yerləşən “Sea Breeze” layihəsində “Nobu Hotel”in açılışda məşhur Hollivud aktyoru Robert De Nironun iştirak edəcəyini açıqlayıb.

Çağdaş.Az xəbər verir ki, Emin Ağalarov bu barədə qazaxıstanlı məşhur biznesmen və bloger Beybit Əlibəyovun videomüsahibəsi zamanı danışıb.

İş adamı “Sea Breeze”də həyata keçiriləcək yeni layihənin “Nobu” brendi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacağını bildirib.

Ağalarovun sözlərinə görə, kompleksin tərkibində 100 otaqlı otel, 100 apart və təxminən 6 “Nobu” villası olacaq.

“Bu, “Nobu Hotel”dir. Mənim sevimli restoranımdır. Onlar 20 ildir ki, mənim partnyorlarımdır. Moskvada vaxtilə iki “Nobu” restoranım var idi”, – deyə Ağalarov bildirib.

O qeyd edib ki, tikintiyə bu il başlanılması, paralel olaraq daşınmaz əmlakın satışına start verilməsi planlaşdırılır.

Ağalarov layihədə “Nobu SPA”, “Nobu Hotel” və “Nobu” restoranının bir kompleksdə fəaliyyət göstərəcəyini deyib.

İş adamının sözlərinə görə, layihədə daşınmaz əmlakın satış qiyməti 7 min ABŞ dollarından başlayacaq.

Xatırladaq ki, “Nobu” dünya üzrə fəaliyyət göstərən məşhur restoran və otel brendidir. Brendin yaradıcıları arasında yaponiyalı məşhur aşpaz Nobu Matsuhisa, aktyor Robert De Niro və biznesmen Meir Teper yer alır.

“Nobu” restoranları və otelləri müxtəlif ölkələrdə fəaliyyət göstərir və premium seqmentə aid edilir.

Qeyd edək ki, iş adamı ötən il də açıqlamasında səfərin bu il baş tutacağını demişdi./Modern.az/