• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.6° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Daha bir neçə özəl universitet bağlana bilər – AÇIQLAMA

05 Avqust, 26 / 13:18
A A

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar ali təhsil müəssisələrinin akkreditasiyası mövzusunu yenidən gündəmə gətirib. Belə ki, mövcud qərardan sonra cəmiyyətdə universitetlərin hansı hallarda akkreditasiya baxımından risk altına düşməsi, belə risklərin əvvəlcədən hansı göstəricilərdən hiss oluna bilməsi ilə bağlı suallar yaranıb. Eyni zamanda, akkreditasiya zamanı ali məktəblərin fəaliyyətində hansı çatışmazlıqların daha ciddi qiymətləndirilməsi də diqqət çəkən məsələlər sırasında yer alır. 

Cagdas.az bildiriri ki mövzu ilə bağlıModern.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması akkreditasiya prosesində aşkar olunan nöqsanların nəticəsidir və bu cür qərarlar yalnız müvafiq yoxlamalardan sonra qəbul edilir.

Onun sözlərinə görə, Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı qərar da aparılan yoxlamaların nəticəsinə əsaslanıb:

“Bakı Qızlar Universiteti ilə bağlı İqtisadiyyat Nazirliyi akkreditasiyanın nəticəsinə əsasən onun fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qərar verdi. Bu qərar, əlbəttə ki, müvafiq yoxlamalardan sonra həyata keçirildi. Yoxlamalar zamanı xüsusilə maliyyə ilə bağlı bəzi problemlərin olduğu, eləcə də verilən tapşırıqların vaxtında yerinə yetirilmədiyi üzə çıxdı”.

Ekspert bildirib ki, ali təhsil müəssisələrinin akkreditasiyadan keçməməsinin müxtəlif səbəbləri ola bilər:

“Dövlət qurumlarının apardığı yoxlamalar zamanı müəyyən çatışmazlıqlar aşkarlanarsa, ali təhsil müəssisəsinə əvvəlcə xəbərdarlıq edilir. Nöqsanlar aradan qaldırılmadıqda isə lisenziyanın məhdudlaşdırılması, verilməməsi və hətta təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına qədər müxtəlif qərarlar qəbul oluna bilər”.

R.Nurəliyevin sözlərinə görə, belə hallarda əsas diqqət tələbələrin təhsil hüququnun qorunmasına yönəldilir:

“İlk növbədə, həmin ali təhsil müəssisəsində təhsil alan tələbələrin köçürülməsi prosesi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak edərək müvafiq bal toplayan və dövlət xətti ilə həmin universitetə qəbul olunan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Biz bunun praktiki nümunələrini “Naxçıvan” Universiteti bağlandıqdan sonra tələbələrin Naxçıvan Dövlət Universitetinə, eləcə də Qafqaz Universiteti fəaliyyətini dayandırdıqdan sonra tələbələrin Bakı Mühəndislik Universitetinə köçürülməsi prosesində gördük”.

Ekspert qeyd edib ki, lisenziyanın məhdudlaşdırılması və ya akkreditasiya zamanı nöqsanların aşkar olunmasının əsas səbəbləri qanunvericilikdə müəyyənləşdirilib:

“Bu, əsasən dövlət tərəfindən təsdiq olunan tədris planından kənara çıxılması, maliyyə və iqtisadi hesabatların vaxtında və düzgün təqdim edilməməsi, maliyyə pozuntularına yol verilməsi, təhsil və tələbə mühitində ciddi nöqsanların olması ilə bağlıdır. Bundan başqa, ali təhsil müəssisəsi öz fəaliyyət istiqamətindən kənara çıxırsa, məsələn, icazəsiz dini fəaliyyət və ya təhsil fəaliyyəti ilə uyğun gəlməyən digər istiqamətlərlə məşğul olursa, bu da müvafiq qərarların qəbul edilməsinə səbəb ola bilər.

Bundan əlavə, maddi-texniki bazanın zəifliyi də akkreditasiya prosesində əsas meyarlardan biridir. Ali təhsil müəssisəsində tədris olunan ixtisaslara uyğun laboratoriyalar, maddi-texniki baza və keyfiyyətli tədris mühiti yoxdursa, bu ciddi nöqsan hesab olunur. Məsələn, universitet hər hansı ixtisas üzrə qəbul aparır, amma həmin ixtisasın tədrisi üçün lazımi laboratoriyası və ya maddi-texniki bazası yoxdur. Bu halda həm konkret fakültənin fəaliyyəti dayandırıla, həm də ali təhsil müəssisəsi ilə bağlı daha ciddi qərarlar qəbul oluna bilər”.

Ekspert xatırladıb ki, əvvəllər də qanunsuz tələbə qəbulu ilə bağlı fəaliyyətinə xitam verilən universitetlər olub:

“Vaxtilə Təfəkkür Universiteti və Beynəlxalq Universitetdə qanunsuz tələbə qəbulu halları aşkarlanmışdı. Həmin faktlara görə müvafiq qurumlar tərəfindən bu ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılmışdı”.

R.Nurəliye onu da əlavə edib ki, müəllim heyətinin tərkibi də akkreditasiya zamanı əsas qiymətləndirmə meyarlarından biridir:

“Müəllim heyəti ilə bağlı müəyyən standartlar mövcuddur. Ali təhsil müəssisəsində çalışan müəllimlərin həmin meyarlara cavab verməsi vacibdir. Bu standartlar pozulduqda müvafiq xəbərdarlıqlar edilir və zərurət yaranarsa digər tədbirlər görülür. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi tədrisin keyfiyyətini də davamlı olaraq qiymətləndirir. Agentlik yoxlamalar zamanı müəyyən edə bilər ki, məsələn, iqtisadiyyat, mühəndislik, tibb və ya hüquq ixtisasları üzrə tədris dövlət standartlarına uyğun təşkil olunmur, maddi-texniki baza kifayət etmir. Belə hallarda həmin fakültənin fəaliyyətinin məhdudlaşdırılması və ya bütövlükdə ali təhsil müəssisəsi ilə bağlı qərar qəbul edilə bilər”.

R.Nurəliyev hesab edir ki, hazırda bəzi özəl ali təhsil müəssisələrində də keyfiyyətlə bağlı problemlər mövcuddur:

“Mənim şəxsi qənaətimə görə, bəzi özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyəti arzuolunan səviyyədə deyil. Əgər universitet Azərbaycanda tətbiq olunan təhsil standartlarından aşağı səviyyədə tədris aparır, mühəndislik kimi ixtisaslar üzrə lazımi laboratoriyalara, maddi-texniki bazaya malik deyilsə və proqramlar dövlət standartlarına uyğun qurulmursa, həmin ali təhsil müəssisələri ciddi xəbərdarlıq almalıdır”.

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanda çox güclü ali təhsil müəssisələri ilə yanaşı, potensialı zəif universitetlər də fəaliyyət göstərir:

“Düşünürəm ki, müvafiq qurumlar tərəfindən yoxlamalar aparılacaq və zəruri tapşırıqlar veriləcək. Bu gün Azərbaycanda çox keyfiyyətli ali təhsil müəssisələri olduğu kimi, təəssüf ki, potensialı zəif olan universitetlər də var. Xüsusilə özəl ali təhsil müəssisələri bu istiqamətdə ciddi addımlar atmalıdırlar.

Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, Türkiyədə, Amerikada, Kanadada bir sıra özəl universitetlər dövlət universitetlərindən daha nüfuzludur. Azərbaycanda da bunu bacaran özəl universitetlər var. Məsələn, Xəzər Universiteti özəl ali təhsil müəssisəsi olsa da, bir çox dövlət universitetindən daha uğurlu fəaliyyət göstərir. Amma bəzi özəl universitetlər var ki, onların fəaliyyəti arzuolunan səviyyədə deyil. Hesab edirəm ki, belə ali təhsil müəssisələrində, xüsusilə bəzi ixtisaslar üzrə qəbulun məhdudlaşdırılması məqsədəuyğun olardı”.

Bənzər Xəbərlər

Cəmiyyət

9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Avqust 5, 2026
Cəmiyyət

İlham Əliyev Fərman imzaladı

Avqust 5, 2026
Cəmiyyət

Mərkəzi Bankdan mühüm qərar: Müştərilərə qarşı davranış qaydaları dəyişdi

Avqust 5, 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti gözlənilir

Avqust 5, 2026
Cəmiyyət

“Nizami”-“28 May” ekspres avtobuslarında kimlər pulsuz gedəcək? – RƏSMİ CAVAB

Avqust 5, 2026
Cəmiyyət

Su pulunu azaltmaq üçün bunu edin – Detallar

Avqust 5, 2026

XƏBƏR LENTİ

9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

05 Avqust, 26 / 14:01

İlham Əliyev Fərman imzaladı

05 Avqust, 26 / 13:47

Mərkəzi Bankdan mühüm qərar: Müştərilərə qarşı davranış qaydaları dəyişdi

05 Avqust, 26 / 13:33

Daha bir neçə özəl universitet bağlana bilər – AÇIQLAMA

05 Avqust, 26 / 13:18

Sabah 39 dərəcə isti gözlənilir

05 Avqust, 26 / 13:04

“Nizami”-“28 May” ekspres avtobuslarında kimlər pulsuz gedəcək? – RƏSMİ CAVAB

05 Avqust, 26 / 12:49

Su pulunu azaltmaq üçün bunu edin – Detallar

05 Avqust, 26 / 12:33

Valideynlərin nəzərinə: Özəl bağçalarla birillik müqavilə bağlanmayacaq

05 Avqust, 26 / 12:19

FİFA-nın yeni rəhbəri qadın ola bilər

05 Avqust, 26 / 12:09

Özəl bağçaların maliyyələşəcəyi meyarlar məlum oldu

05 Avqust, 26 / 11:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.