Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Daha bir ölkə “Məkkə Sazişi”nə qoşulmaq istəyir

Cəmiyyət
Banqladeş Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında mümkün müdafiə əməkdaşlığı formatına qoşulma məsələsini nəzərdən keçirir.

Cagdas.az  xəbər verir ki, bu barədə Banqladeş Baş nazirinin müşaviri Məhəmməd Kabir bildirib.

Onun sözlərinə görə, Dəkkə xarici siyasətdə “Öncə Banqladeş” prinsipini əsas götürür və ölkənin milli maraqlarına uyğun əməkdaşlıq imkanlarını qiymətləndirir.

“Banqladeş “Öncə Banqladeş” siyasətinə sadiqdir və milli maraqları, eləcə də dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq iqtisadi və ya müdafiə ittifaqında iştirak imkanını nəzərdən keçirməyə hazırdır”, – deyə Kabir qeyd edib.

Müşavir bildirib ki, Banqladeş üçün hər hansı yeni regional və ya beynəlxalq əməkdaşlıq formatında əsas meyar ölkənin təhlükəsizlik və iqtisadi maraqları olacaq.

Bu açıqlama Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında müdafiə sahəsində “Məkkə Sazişi”nin  imzalandığı vaxtda səslənib.

Banqladeşin mümkün iştirakı Cənubi Asiya, Yaxın Şərq və Türkiyə arasında təhlükəsizlik əlaqələrinin daha da genişlənməsinə səbəb ola bilər.

Dəkkənin belə bir əməkdaşlığa qoşulması halında formatın iqtisadi, müdafiə və strateji sahələri əhatə edə biləcəyi bildirilir.(ölkə.az)