Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etdi

Cəmiyyət

Dünyada uşaqların sosial media istifadəsinə dair məhdudiyyətlər getdikcə genişlənir. Bu istiqamətdə yeni addım atan ölkələrdən biri də Vyetnam olub.

Cagdas.az  xəbər verir ki, Vyetnam hökuməti 16 yaşdan kiçik uşaqların sosial media istifadəsini məhdudlaşdıran yeni qanun layihəsini parlamentə təqdim edib. Qanun layihəsinə əsasən, valideynlər və ya qanuni qəyyumlar övladlarının sosial şəbəkələrdəki fəaliyyətinə görə məsuliyyət daşıyacaqlar.

Qanun layihəsinə əsasən, 16 yaşdan kiçik şəxslər ailələrinin icazəsi olmadan sosial mediada paylaşım edə, paylaşımlara şərh yaza və ya reaksiya verə bilməyəcəklər.

Bundan başqa, sosial media hesabları yalnız Vyetnamda qeydiyyatdan keçmiş telefon nömrəsi vasitəsilə təsdiqlənəcək. Valideynlər və ya qanuni qəyyumlar uşaqların sosial şəbəkələrdəki bütün fəaliyyətinə görə məsuliyyət daşıyacaqlar.

Yeni qaydalara əsasən, sosial media platformalarından da zərərli məzmunu izləmək və uşaqların bu cür paylaşımlara çıxışını məhdudlaşdırmaq tələb olunacaq.

Qeyd edək ki, son dövrlərdə bir sıra ölkələr də uşaqların sosial media istifadəsi ilə bağlı oxşar məhdudiyyətlər tətbiq edib.

Belə ki, Malayziyada 16 yaşdan kiçik uşaqların iri sosial media platformalarında hesab açması və bu platformalardan istifadə etməsi tam qadağan olunub.

İndoneziyada 16 yaşdan kiçiklərin yüksək riskli sosial media tətbiqlərində hesab yaratması və onlardan istifadə etməsi məhdudlaşdırılıb.

Maldiv adalarında da 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinə və hesab yaratmasına qadağa qoyulub.

Çində isə 18 yaşadək bütün uşaq və yeniyetmələr üçün məcburi “Gənclik Rejimi” tətbiq edilir. Bu sistemə əsasən, 16-18 yaş arası şəxslər gündə maksimum 2 saat, 14-16 yaş arası isə gündə ən çox 1 saat sosial mediadan istifadə edə bilirlər. Eyni zamanda, 18 yaşdan kiçik şəxslərin saat 22:00-dan səhər 06:00-dək sosial media tətbiqlərinə daxil olması qadağandır.

Hindistanda isə 18 yaşdan kiçik şəxslərin sosial media platformalarında qeydiyyatdan keçməsi üçün platformaların təsdiqlənmiş valideyn razılığı alması məcburi hesab olunur.(sfera.az)