• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.8° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Deputatlar bu il 30-a yaxın ölkəyə səfər ediblər – Ən fəallar kimlərdi?

23 İyul, 26 / 13:03
A A

2026-cı ilin ilk yeddi ayı ərzində Milli Məclis deputatları parlament diplomatiyası çərçivəsində onlarla xarici səfər həyata keçiriblər. Bu müddətdə onlar müxtəlif beynəlxalq təşkilatların sessiyalarında iştirak edib, parlamentlərarası əlaqələrin inkişafı istiqamətində görüşlər keçirib, seçki və referendum müşahidə missiyalarına qatılıblar.

Cagdas,az  yanvarın 1-dən indiyədək Milli Məclis üzvlərinin xarici səfərlərini araşdıraraq, ən fəal deputatları və ən çox səfər edilən istiqamətləri təhlil edib.

Hazırkı statistikaya əsasən, ən fəal deputatlar sırasında Səməd Seyidov yer alır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilin ilk yeddi ayında Meksika, ABŞ, Türkiyə və İspaniyaya səfər edib. O, həm parlamentlərarası görüşlərdə, həm də Antalya Diplomatiya Forumu və NATO PA ilə bağlı tədbirlərdə Azərbaycanı təmsil edən nümayəndə heyətlərinə rəhbərlik edib.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov da ən fəal deputatlar sırasındadır. O, ilin əvvəlindən Avstriyaya iki dəfə, həmçinin Macarıstan, İspaniya və Niderlanda səfər edib. Deputatın səfərlərinin böyük hissəsi ATƏT PA çərçivəsində keçirilən sessiya və iclaslarla bağlı olub.

ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev isə Avstriya, Qazaxıstan, Danimarka, Rumıniya və Niderlanda səfərlər edib. O, həm ATƏT Parlament Assambleyasının Büro iclaslarında, həm də beynəlxalq ekoloji və parlament tədbirlərində iştirak edib.

Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ilin ilk yeddi ayında Litva, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib. Deputat TÜRKPA-nın tədbirlərində və parlamentlərarası görüşlərdə Azərbaycanı təmsil edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fəal deputatlar sırasındadır. O, Türkiyəyə üç dəfə səfər edib. Deputat Antalya Diplomatiya Forumunda, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələri çərçivəsində keçirilən görüşlərdə, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinə təşkil olunan nümayəndə heyətinin tərkibində iştirak edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə iki dəfə Türkiyəyə, həmçinin Tacikistana səfər edib. Onun səfərləri əsasən parlamentlərarası əməkdaşlıq və beynəlxalq ekoloji tədbirlərlə bağlı olub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova il ərzində Türkiyəyə iki dəfə səfər edib. O, Ankarada keçirilən görüşlərlə yanaşı, İstanbulda təşkil olunan Qlobal Qadınlar Sammitində də iştirak edib.

QDİƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Türkiyə və Gürcüstana, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə Türkiyə, Albaniya və Gürcüstana səfər edib. Hər iki deputat QDİƏT PA çərçivəsində keçirilən iclas və tədbirlərdə iştirak edib.

Deputat Kamran Bayramov da beynəlxalq fəallığı ilə seçilən millət vəkillərindəndir. O, Latviya, Rumıniya, Litva və Gürcüstana səfərlər edərək həm parlamentlərarası işçi qruplarının, həm də NATO PA və QDİƏT PA-nın tədbirlərində iştirak edib.

Bununla yanaşı, Milli Məclis sədrinin müavini Rafael Hüseynov ilin ilk yeddi ayında Xorvatiya, Özbəkistan və Sloveniyaya səfər edib. O, Üç Dəniz Təşəbbüsü üzrə Parlament Zirvə Toplantısında iştirak edib, həmçinin parlamentlərarası əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanı təmsil edib.

Deputat Vüqar Bayramov isə Fransa və Malayziyaya səfər edib. O, Parisdə Beynəlxalq Astronavtika Federasiyasının yaz sessiyasında, Kuala Lumpurda isə Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi keçirilən görüşlərdə iştirak edib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Rusiya və Şimali Kipr Türk Cümhuriyyətinə səfərlər edib. Deputat Həştərxanda keçirilən tədbirlərdə, daha sonra isə parlament nümayəndə heyətinin tərkibində Lefkoşada keçirilən görüşlərdə iştirak edib.

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Əlcəzairə səfər edərək parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi rəsmi görüşlərdə iştirak edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Mərakeşə səfər edib. O, Avro-Aralıq dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının İqtisadi Forumunda Azərbaycanı təmsil edib.

NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ramid Namazov Litvaya səfər edərək qurumun yaz sessiyasında iştirak edib. Onun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində deputatlar Tahir Mirkişili, Könül Nurullayeva, Kamran Bayramov və Samir Vəliyev də yer alıblar.

Deputat Şahin Seyidzadə isə Şimali Makedoniyaya səfər edərək Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin plenar sessiyasında iştirak edib.

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai Almaniyaya səfər edərək parlamentlərarası görüşlər keçiriblər.

Deputatlar Jalə Əliyeva və Sevinc Fətəliyeva ilin ilk yarısında bir neçə beynəlxalq səfərdə iştirak ediblər. Onlar əvvəlcə Meksikaya, daha sonra isə ATƏT PA nümayəndə heyətinin tərkibində Avstriya və Niderlanda, Jalə Əliyeva isə əlavə olaraq Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Deputatlar Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinə səfərlər ediblər. Heydər Əsədov, eyni zamanda, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə nümayəndə heyətinin tərkibində Ankarada keçirilən görüşlərdə də iştirak edib.

Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ilin ilk yeddi ayında Latviya, Qazaxıstan, Türkiyə və Qazaxıstana səfər edib. O, həm parlamentlərarası əlaqələr çərçivəsində, həm də MDB və digər beynəlxalq platformaların tədbirlərində Azərbaycanı təmsil edib.

Deputatlar Sevil Mikayılova Latviya və İsveçrəyə, Səbinə Salmanova isə Albaniya və Gürcüstana səfər edərək beynəlxalq parlament tədbirlərində iştirak ediblər.

Deputatlar Məzahir Əfəndiyev (Tacikistan), Bəxtiyar Əliyev (Qazaxıstan, Malayziya), Mehriban Vəliyeva, Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov (Əlcəzair), Zaur Şükürov (İspaniya), Elnarə Akimova (Özbəkistan), Əlibala Məhərrəmzadə və Erkin Qədirli (Ukrayna), Tural Gəncəliyev (Avstriya, Niderland), Tamam Cəfərova (Qazaxıstan), Fariz İsmayılzadə (Qazaxıstan), Məlahət İbrahimqızı (Qazaxıstan) və Azər Badamov ilə Qüdrət Həsənquliyev (Qazaxıstan) də müxtəlif beynəlxalq tədbirlər, parlamentlərarası görüşlər və müşahidə missiyaları çərçivəsində xarici səfərlər həyata keçiriblər.

P.S. Milli Məclisin sədri Sahibə Qafarova və onun rəhbərliyi ilə həyata keçirilən xarici görüşlər məqaləyə daxil edilməyib.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

İyul 23, 2026
Cəmiyyət

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

İyul 23, 2026
Cəmiyyət

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

İyul 23, 2026
Cəmiyyət

“Sədərək” və “Binə” bağlanır?

İyul 23, 2026
Cəmiyyət

Çimərliklərdə hava necə olacaq?

İyul 23, 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti gözlənilir – PROQNOZ

İyul 23, 2026

XƏBƏR LENTİ

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

23 İyul, 26 / 14:23

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul, 26 / 14:09

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

23 İyul, 26 / 13:55

“Sədərək” və “Binə” bağlanır?

23 İyul, 26 / 13:44

Çimərliklərdə hava necə olacaq?

23 İyul, 26 / 13:30

Sabah 39 dərəcə isti gözlənilir – PROQNOZ

23 İyul, 26 / 13:17

Deputatlar bu il 30-a yaxın ölkəyə səfər ediblər – Ən fəallar kimlərdi?

23 İyul, 26 / 13:03

Universitetlərdə boş yerlər qalacaq? – AÇIQLAMA

23 İyul, 26 / 12:48

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı

23 İyul, 26 / 12:34

Respublika üzrə pensiyalar tam ÖDƏNİLDİ

23 İyul, 26 / 12:20
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.