Son dəqiqə
Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala…

Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq

Cəmiyyət

Dərman preparatlarının hamam otağında saxlanılması onların keyfiyyətinə və təsirinə mənfi təsir göstərə bilər.

Cagdas.az xəbər verir ki, bu barədə “Binnofarm Qrup”un tibbi məsləhətçilər qrupunun rəhbəri Tatyana Komyakova “RT”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, isti duş və ya vanna qəbul edilərkən hamam otağında temperatur və rütubət yüksəlir. Otaq havalandırıldıqdan sonra isə bu göstəricilər dəyişir. Belə şəraitin hər gün təkrarlanması bəzi dərmanların sabitliyinə təsir edə bilər.

Mütəxəssis qeyd edib ki, temperatur və rütubət rejiminin pozulması preparatların fiziki xüsusiyyətlərini dəyişə, tərkibindəki təsiredici və köməkçi maddələrin sabitliyinə təsir göstərə bilər.

Komyakova dərmanların əksəriyyətini birbaşa günəş şüalarından və istilik mənbələrindən uzaq, quru və temperaturun sabit olduğu yerdə saxlamağı tövsiyə edib. Bununla belə, bütün dərmanlar üçün eyni saxlama şəraitinin olmadığını vurğulayıb.

Onun sözlərinə görə, hər bir preparatın saxlanma qaydaları ilə bağlı əsas məlumat məhz istifadə təlimatında göstərilir.

Qeyd edək ki, mütəxəssislər dərmanları mətbəxdə də saxlamaqdan çəkinməyi tövsiyə edirlər. Çünki burada da temperatur və rütubət dəyişiklikləri preparatların keyfiyyətinə təsir göstərə bilər.\sfera.az\