Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

DİM TKT imtahanına qeydiyyat elan edir

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi 14 fevral 2026-cı il tarixində Gəncə şəhərində TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək.

Cagdas.az xəbər verir ki, imtahan DİM-in Gəncə Regional Bölməsində təşkil olunacaq. İmtahana son qeydiyyat tarixi 25 dekabr 2025-ci ildir.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1
TKT Modul 2
TKT Modul 3
TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)
Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test – CEPT) də təşkil edir.

İmtahana qeydiyyat linki:

//eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz./AzEdu.az/