Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

DİN bu şəxsləri işə dəvət edir – ELAN

Cəmiyyət

Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqədə tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Namizədlər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında – www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-80-66; (012) 590-98-37;

(012) 590-93-64; (012) 590-97-52;

(012) 590-94-12; (012) 590-83-69; (012) 590-80-63.