Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

DİN skuter və velosiped sürücülərinə müraciət etdi

Cəmiyyət

Bakının Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində yol hərəkəti qaydalarını pozaraq əks istiqamətdə hərəkət etməsi qeydə alınıb.

Cagdas.az xəbər veriri ki bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu, qəza şəraitinin yaranmasına səbəb olub.

“Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə icazə verilir.

Həmçinin bu maddədə qeyd olunanlara riayət etmək şərtilə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək qadağandır.

Yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır. Əks halda yol-nəqliyyat hadisəsinin baş verməsi və onun ağır nəticələri qaçılmaz olacaq”, – məlumatda qeyd olunub(modern.az)