• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
29.5° Weather Columbus
$
1.7
€
1.9737
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

DİQQƏT! Altı saatlıq iş rejimi gəlir...

02 İyun, 26 / 10:42
A A

Son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir. Xüsusilə psixoloji yüklənmə, işçi məmnuniyyəti və əmək məhsuldarlığı ilə bağlı aparılan araşdırmalar fonunda bir sıra ölkələrdə iş saatlarının azaldılması istiqamətində addımlar atılır.

Azərbaycanda da bu modelin gələcəkdə daha geniş tətbiq olunub-olunmayacağı maraq doğuran məsələlərdənidir. İqtisadçı Vahid Əhmədov bildirib ki, 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub. Onun sözlərinə görə, xüsusilə ağır və zərərli sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub: “Ağır sənaye və zərərli iş yerlərində əvvəllər də altı saatlıq iş günü tətbiq edilirdi. Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi daha çox müzakirə olunur”. Vahid Əhmədov hesab edir ki, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir. Azərbaycanda 6 saatlıq iş rejiminin tətbiqinə niyə keçid olunmur? Onlayn iş təcrübəsinin inkişaf etdiyi vaxtda 8-9 saatlıq ofis işinə nə ehtiyac var? Bu, həm də tıxacların azalmasına səbəb olmazmı?

Çağdaş.Az xəbər verir ki, vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, ölkəmizdə 6 saatlıq iş rejiminə keçid hazırda o qədər də praktiki deyil: “Bəzi sahələrdə işçini 12-14 saat işlədirlər. Bütün sahələrdə 8 saatlıq iş rejiminə keçə bilməmişik. Belə olan halda 6 saatlıq iş rejimi müzakirə mövzusu ola bilərmi?! Texnologiya inkişaf etdikcə xarici ölkələrdə biznes sahələri iş vaxtını və iş günlərini qısaldır. Bunun müqabilində onlar nə əmək haqqını azaldırlar, nə də məhsuldarlıq aşağı düşür. Yəni, 8 saata əldə etdikləri iş, 4-5 saata başa gəlir. Nəticədə şirkətlər itirmir, əksinə qazanırlar. Çünki müəssisə də xərclərini azalda bilir. Beləliklə, nə işçi, nə də işə götürən uduzmur. Əvvəlki hasilat norması olduğu kimi qalır. Azərbaycanda bunu özəl sektor tətbiq edə bilər. Dövlət sektorunda isə 8 saatlıq iş rejimidir və mümkün deyil. Özəl qurumlar istəyərlərsə, bunu tətbiq edə bilərlər. Ancaq bir məsələ də var ki, Azərbaycanda sahələrə hələ o səviyyədə yüksək texnologiya, süni intellekt, robot tətbiqi müşahidə edilmir. Bu məsələdə dünyanın əsas aparıcı dövlətlərindən geridəyik. Bu baxımdan ölkəmizdə iş saatının qısaldılması aktual deyil. İşə götürən məsafədən iş məsələsini tətbiq edə bilər. Və ya iş vaxtını qısalda bilər. Bunu qanunla tənzimləyə ehtiyac yoxdur. Təəssüf ki, bəzi sektorlarda, məsələn, tikinti, ticarət kimi sahələrdə işçini 10-12 saat işlədib, 8 saatın pulunu verirlər”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, iş saatının qısaldılması vacibdir və tətbiqinə ehtiyac var: “Pandemiya dönəmindən məsafədən işi təşkili təcrübəsi var. Müəyyən tədbirlər olan zaman bunu məsafədən təşkil etmək olursa, biz bunu niyə il boyu tətbiq etməyək. Digər önəmli məsələ isə 2026-2026-cı illər üçün nəzərdə tutulan rəqəmsal keçiddir. Məsələn, 2019-cu ildən Azərbaycanda elektron çıxarışlara keçid edilib. Çıxarışların bəzilərində köhnə ünvan qeyd olunub, yeni ünvan isə boş saxlanılıb. Vətəndaş ev və ya ofisdən çıxmadan mobil notariatla əməliyyat icra etmək istədikdə bu çıxarış tanınmır. Qeyd edilir ki, əlavə kağızlarla birlikdə notariusa getməyə ehtiyac var. ASAN xidmətə müraciət etdikdə bildirilir ki, əmlak rayonda yerləşdiyi üçün vətəndaş yerli idarəyə getməlidir. Bu göstərir ki, rəqəmsal çıxarış olsa da, hər hansısa çatışmayan elementi düzəltmək üçün yenə də fiziki getməyə ehtiyac var. Bu isə özlüyündə fiziki yüklənməyə zəmin yaradır. Bu baxımdan məsafədən işin təşkili artmalıdır, onlayn müraciət imkanları yaradılmalıdır. Bütün bunlar əlbəttə ki, birbaşa tıxaclara təsir edən məqamlardan biridir”.

 

Bənzər Xəbərlər

İqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"

 

İyun 2, 2026
İqtisadiyyat

Dövlət Departamenti: Azərbaycanla münasibətlər ABŞ-nin prioritetləri sırasındadır

 

İyun 2, 2026
İqtisadiyyat

Mikayıl Cabbarov: "Azərbaycanın energetika sahəsindəki uğuru digər regionlara töhfə verir"

 

İyun 2, 2026
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı pul çapını kəskin artırıb

 

İyun 2, 2026
İqtisadiyyat

Dünya Bankı Azərbaycanda iqtisadi diversifikasiyaya dair hesabat təqdim edib

 

İyun 2, 2026
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri artıb

İyun 2, 2026

XƏBƏR LENTİ

Azərbaycanda 2800 il yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edildi – FOTO

02 İyun, 26 / 23:46

Azərbaycana yay fəsli nə zaman daxil olacaq?

02 İyun, 26 / 23:17

​Sabah bu 4 bürcün bəxti gətirəcək

02 İyun, 26 / 23:03

“Şamaxı”nın yeni baş məşqçisi o oldu

02 İyun, 26 / 22:48

“Daraxonrasib” xərçəngi “öldürür” – Tarixi Addım

02 İyun, 26 / 22:34

Ölkə qorxunc iqlim dalğasında – XƏBƏRDARLIQ

02 İyun, 26 / 22:21

Azərbaycanda erkən nikahlar 6 dəfə azalıb

02 İyun, 26 / 21:53

Bakı Metropoliteninin Xəzinədarlıq şöbəsinə yeni rəis təyin olundu

02 İyun, 26 / 21:39

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"

 

02 İyun, 26 / 20:42

Dövlət Departamenti: Azərbaycanla münasibətlər ABŞ-nin prioritetləri sırasındadır

 

02 İyun, 26 / 20:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.