• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.7° Weather Columbus
$
1.7
€
1.9591
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir – AÇIQLAMA

07 Avqust, 26 / 15:55
A A

Azərbaycanda məktəb direktorları üçün müəyyən səlahiyyət müddətinin tətbiqi və fəaliyyətlərinin qiymətləndirilməsi məsələsi vaxtaşırı müzakirə olunur. 

Cagdas.az -a açıqlama verən təhsil sahələri üzrə tədqiqatçı, Azedu.az təhsil portalının direktoru Elmin Nuri hesab edir ki, bu istiqamətdə dəyişikliklər təhsil idarəçiliyinin keyfiyyətinə müsbət təsir göstərə bilər.

O bildirib ki, direktorların, hətta direktor müavinlərinin də səlahiyyət müddətinin müəyyənləşdirilməsi kifayət qədər məntiqli və vacib təklifdir.

“Subyektiv yanaşma olsa da, edilən təklifi kifayət qədər məntiqli və vacib hesab edirəm. Həqiqətən də bu gün direktorların, hətta direktor müavinlərinin belə səlahiyyət müddətinin müəyyənləşdirilməsi təhsilin daha səmərəli, daha praktiki, daha məqsədyönlü və insan maraqlarına uyğun təşkilinə töhfə verə bilər. Bununla belə, praktiki baxımdan kifayət qədər çətin prosedurdur”.

Ekspert qeyd edib ki, səlahiyyət müddətinin necə tətbiq ediləcəyi dəqiq müəyyənləşdirilməlidir:

“Əgər direktor üçün 3, 5 və ya 10 illik müddət nəzərdə tutulacaqsa, bu, kadr dəyişiklikləri və yerləşdirmə proseslərini də çətinləşdirə bilər. Burada əsas sual odur ki, müddət konkret məktəbdə direktor kimi fəaliyyətə aid olacaq, yoxsa ümumilikdə direktorluq fəaliyyətinə? Mən ikinci variantı düzgün hesab etmirəm. Daha məntiqli yanaşma odur ki, direktor müəyyən müddətdən sonra başqa məktəbə təyin oluna bilsin”.

Elmin Nuri direktorların dövri sertifikatlaşdırılmasının daha effektiv mexanizm ola biləcəyini vurğulayıb.

“Ən yaxşı variant direktorların hər beş ildən bir sertifikatlaşdırılmasıdır. Bu məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Maraqlıdır ki, müəllimlərin sertifikatlaşdırılması normal qarşılandığı halda, direktorların sertifikatlaşdırılması nədənsə çətin və arzuolunmaz prosedur kimi qiymətləndirilir. Halbuki direktor da öz peşə bacarığını mütəmadi olaraq təsdiqləməlidir. Əgər kifayət qədər bilik və bacarığı varsa, sertifikatlaşdırmadan uğurla keçəcək”.

Ekspert direktorların fəaliyyətinin qiymətləndirilməsi zamanı anonim sorğuların əsas meyar olmasını isə məqsədəuyğun saymadığını bildirib.

“Anonim sorğuları çox uğurlu mexanizm hesab etmirəm. Bu prosesdə şəffaflığın necə təmin olunacağı sual doğurur. Məncə, əsas meyarlar məktəbin fəaliyyət göstəriciləri olmalıdır. Amma hazırda məktəblərin uğuru əsasən 9-cu sinif buraxılış imtahanlarının nəticələri ilə ölçülür. Bu isə düzgün yanaşma deyil. Təhsil müəssisəsinin fəaliyyətini yalnız bir göstərici ilə qiymətləndirmək olmaz”.

Onun sözlərinə görə, direktorların fəaliyyəti daha geniş meyarlar əsasında qiymətləndirilməli, eyni zamanda onların peşəkar inkişafına da diqqət yetirilməlidir.

“Direktor məktəbin fəaliyyətini qiymətləndirən bütün meyarları bilməli, onların inkişafı istiqamətində işləməli və eyni zamanda özünün peşəkar inkişafını da davam etdirməlidir. Bu halda həm məktəb, həm də direktor qazanmış olacaq”.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Xaricdə Təhsil Proqramında məzunları lider olan universitetlər – SİYAHI

Avqust 8, 2026
Cəmiyyət

Xocavənddə traktor minaya düşdü

Avqust 8, 2026
Cəmiyyət

Paşinyan: Sülhü dönməz etmək üçün buna son qoymalıyıq

Avqust 8, 2026
Cəmiyyət

Paşinyan: Tezliklə Zəngəzurda TRİPP layihəsinin icrasına başlanılacaq

Avqust 8, 2026
Cəmiyyət

Qida böhranı gözlənilə bilər

Avqust 8, 2026
Cəmiyyət

Azərbaycanda növbəti torpaq hərracları KEÇİRİLƏCƏK

Avqust 8, 2026

XƏBƏR LENTİ

Xaricdə Təhsil Proqramında məzunları lider olan universitetlər – SİYAHI

08 Avqust, 26 / 18:33

Xocavənddə traktor minaya düşdü

08 Avqust, 26 / 18:12

Paşinyan: Sülhü dönməz etmək üçün buna son qoymalıyıq

08 Avqust, 26 / 17:49

Paşinyan: Tezliklə Zəngəzurda TRİPP layihəsinin icrasına başlanılacaq

08 Avqust, 26 / 17:29

Rusiyadan Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına CAVAB

08 Avqust, 26 / 17:09

Qida böhranı gözlənilə bilər

08 Avqust, 26 / 16:47

Azərbaycanda növbəti torpaq hərracları KEÇİRİLƏCƏK

08 Avqust, 26 / 16:26

Uşaqlar niyə məktəbə qayıtmaq istəmir? – Mütəxəssisdən valideynlərə tövsiyələr

08 Avqust, 26 / 16:08

Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün…

08 Avqust, 26 / 15:38

Bazar günü 40 dərəcə isti olacaq

08 Avqust, 26 / 15:17
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.