Son dəqiqə
Reklam
Reklam

Dizel böhranı 2027-ci ildə də davam edəcək – BEA

Cəmiyyət

Dizel yanacağı tədarükündəki problemlərin 2027-ci ilə qədər davam edəcəyi gözlənilir.

Cagdas.az xarici mediaya istinadən xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında əksini tapıb.

BEA tədarük problemləri ucbatından dizel yanacağı bazarının həddindən artıq təzyiq altında olduğunu vurğulayıb.

Baş ofisi Parisdə yerləşən BEA yüksək qiymətlərin tələbata mənfi təsir etdiyini qeyd edib. Məlumata görə, bu rübdə qlobal enerji bazarında tələbat gündəlik 2,5 milyon barel azalacaq. Bu azalmanın dörddə birini (25%-ni) məhz dizel təşkil edəcək.

BEA-nın qiymətləndirməsinə görə dizel bazarı 2027-ci ilə qədər gərgin qalacaq və bu, Yaxın Şərqdən gələcək tədarükün bərpa olunmasından asılı olacaq. Əgər bu bərpa baş verməsə, bazarı tarazlaşdırmaq üçün tələbatı daha da azaltmaq lazım gələcək ki, bu da ağır iqtisadi xərclərə səbəb ola bilər.

Agentlik bildirib ki, müharibə zamanı ehtiyatların sürətlə işlədilməsi qlobal neft ehtiyatlarını münaqişədən əvvəlki dövrlə müqayisədə 509 milyon barel aşağı salıb və qurudakı ehtiyatları son on ilin ən aşağı səviyyəsinə çatdırıb.

BEA xəbərdarlıq edib:

“Sistemdəki son ehtiyatlar da tükənməkdədir. Əgər Yaxın Şərqdəki münaqişələr həll olunmasa, neft bazarları 2027-ci ildə yarana biləcək rahatlıqdan əvvəl, yaxın aylarda daha böyük dalğalanmalar və çətinliklər yaşaya bilər”.\modern.az