UEFA Çempionlar Liqasının II turunda Barselona səfərdə Galatasarayı 4:1 hesabı ilə məğlub etdikdən sonra Kataloniya klubunun gənc ulduzu Lamin Yamal sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Çağdaş.Az xəbər verir ki, qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalan və “Oyunun ən yaxşı futbolçusu” seçilən Yamal matçdan sonra “Instagram” hesabında etdiyi paylaşımda Galatasarayın yarımmüdafiəçisi Mario Leminaya cavab verib.
19 yaşlı futbolçu paylaşımına “İndi kim olduğumu bilir?” sözlərini əlavə edib.
Oyundan əvvəl Mario Lemina mətbuata açıqlamasında “Lamin Yamalı tanımıram” demişdi. Bu sözlər futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.
Zədə səbəbindən “Barselona”nın “Qalatasaray”la oyununda iştirak etməyən braziliyalı futbolçu Raphinha isə Yamalın paylaşımına münasibət bildirərək, “Düşünürəm ki, indi səni tanıyır”, – şərhini yazıb.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının yeni mövsümündə ilk iki turdan sonra maksimum nəticə göstərərək turnirdə ikinci qələbəsini qazanıb.


