Son dəqiqə
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur? Bu mənzillərin kirayə qiymətləri artacaq – EKSPERTDƏN PROQNOZ Dizel böhranı 2027-ci ildə də davam edəcək – BEA Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər – Video Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir Ermənistandan keçən dəmir yolları Rusiyanın idarəçiliyində qalır Nəsimi ilə bir gün əvvəl danışdıq, dedi ki, hər şey qaydasındadır – ATASI Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib Azərbaycana kiberhücumda 3 haker qruplaşmasının adı hallanır
Reklam
Reklam

Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı

Cəmiyyət

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədov dövlətə vurduğu ziyanı tam ödəyib.

Cagdas.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, pul onun oğlu tərəfindən qaytarılıb.

S.Səmədov külli miqdar təşkil edən 200 min manatın mənimsənilməsində ittiham olunurdu. Bu məbləğin 44 min manatı hələ ilkin istintaq dövründə ödənilmişdi.

Qalan hissə isə bu gün tam bağlanıb. Bundan əlavə, S.Səmədovun oğlu atasının cinayət məsuliyyətindən azad edilməsi üçün dəymiş ziyanın 50 faizi (100 min manat) məbləğində dövlət rüsumunu da ödəyib.

Qanunvericiliyə əsasən, mənimsəmə və dələduzluq kimi cinayətlərdə dəymiş ziyan və dövlət rüsumu tam ödənildikdə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Lakin bu məhkəmə üçün məcburi deyil. Yəni hakim Leyla Əsgərova Məmmədova S.Səmədovu azad edə də bilər, etməyə də.

Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunacaq.

Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May – Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu. Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.\modern.az\