Son dəqiqə
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur? Bu mənzillərin kirayə qiymətləri artacaq – EKSPERTDƏN PROQNOZ Dizel böhranı 2027-ci ildə də davam edəcək – BEA Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər – Video Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir Ermənistandan keçən dəmir yolları Rusiyanın idarəçiliyində qalır Nəsimi ilə bir gün əvvəl danışdıq, dedi ki, hər şey qaydasındadır – ATASI Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib Azərbaycana kiberhücumda 3 haker qruplaşmasının adı hallanır
Reklam
Reklam

Vahid geyim qaydasıyla razı olmayan valideynləri cəza gözləyir

Cəmiyyət

Vahid geyim qaydaları və məktəb formaları ilə bağlı son günlərdə yaşanan müzakirələr fonunda bəzi valideynlərin övladlarını dərslərdən yayındırması və ya məktəbə göndərməməsi halları ciddi narahatlıq doğurur. Geyim və ya digər məktəbdaxili qaydalar bəhanəsi ilə uşaqların təhsildən uzaqlaşdırılması yolverilməzdir və qanun qarşısında müvafiq məsuliyyət yaradır. 

Cagdas.az  bildiriri ki mövzuyla bağlı hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a danışıb. Onun sözlərinə görə övladını üzrlü səbəb olmadan təhsildən kənarda saxlayan valideyn inzibati məsuliyyətə cəlb oluna bilər.

“İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsi uşağın təlim-tərbiyəsi üzrə vəzifələrin üzrlü səbəb olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq və ya 40–60 manat cərimə nəzərdə tutur. Geyim qaydasına etiraz edərək uşağı dərsə göndərməmək də bu maddə üzrə qiymətləndirilə bilər”.

Hüquqşünas qeyd edib ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsində valideynin öhdəliyi açıq göstərilib:

“Valideynlər uşaqlarının əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Geyim qaydası ilə razı deyiləm” deməklə bu vəzifədən imtina etmək olmaz. Valideyn narazılığını bildirə, qaydanı qanuni qaydada mübahisələndirə bilər. Lakin övladının təhsilini dayandırmaqla onun hüquqlarına zərər vurur” – o bildirib.

Məsuliyyət avtomatik tətbiq edilmir. Uşağın dərsə gəlməməsinin səbəbi və valideynin təqsiri  müəyyənləşdirilməlidir:

“Valideyn uşağı evdə saxlayır, yoxsa uşaq məktəbə gəldiyi halda dərsə buraxılmır? Bunlar fərqli hallardır. Məktəb davamiyyətsizliyi qeydə almalı, valideynin izahatını öyrənməli və uşağın dərsə qayıtması üçün çalışmalıdır. Valideyn də geyimlə bağlı mübahisənin övladının təhsilini yarımçıq qoymasına yol verməməlidir”.