Son dəqiqə
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq Bu dövlət qulluqçularını işdən çıxarmaq mümkün olmayacaq Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır
Reklam
Reklam

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Cəmiyyət

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib.

Cagdas.az xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyən edilir. Ayrı-ayrı kateqoriyalar üçün qanunla daha qısa iş vaxtının müəyyən olunması mümkün olacaq.

Zərurət yarandıqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş vaxtını artıra biləcək. Lakin layihədə əlavə iş saatına konkret hədd də qoyulur.

Belə ki, qulluq vaxtı ay ərzində 5 saatdan çox artırılarsa, əlavə işlənilən hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. Eyni zamanda artıq iş müddəti ay ərzində 17 saatdan çox ola bilməyəcək. Məsələ 13.pdf

Layihədə dövlət məvacibinin tərkibinə aylıq vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə haqq, zəruri hallarda normadan artıq işlənilən saatlara görə ödəniş və əmək şəraiti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əlavələr daxil edilir.