Son dəqiqə
Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB Sabahdan illik 20 min manatdan yuxarı elektron pul köçürmələri izlənəcək Rusiyalı ekspert: NATO Ukraynadan vasitəçi kimi istifadə etsə də, Rusiya ilə birbaşa toqquşmanın risklərini anlayır Bakının mərkəzi avtomobillərdən “təmizlənir” Sabahın havası: yağış, dolu, külək… Prezident və Birinci xanım beynəlxalq sərgidə Avtobus zolağına girən sürücülərə ciddi xəbərdarlıq Azərbaycanla Slovakiya məxfi məlumat mübadiləsi aparacaq Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir
Reklam
Reklam

Bakının mərkəzi avtomobillərdən “təmizlənir”

Cəmiyyət

Paytaxt sakinlərinin və qonaqların rahat, təhlükəsiz hərəkətini təmin etmək, eləcə də şəhər mərkəzində ekoloji tarazlığı qorumaq istiqamətində növbəti addım atılıb. Oktyabrın 5-dən etibarən Bakının mərkəzindəki mövcud piyada zonalardakı hərəkət şəbəkəsini genişləndirmək məqsədilə beş küçə avtomobillərin hərəkəti üçün bağlanır. 

Cagdas.az bildiriri ki Nəqliyyat eksperti Yasin Mustafayev bu qərarla bağlı Modern.az-a danışıb. Onun sözlərinə görə sözügedən qərar insanyönümlü şəhər istiqamətində atılan mühüm addımlardan biridir.

“Şəhər mərkəzinin bir çox hissəsi avtomobilsiz küçələr olaraq planlaşdırılacaq. Burada əsas məqsəd avtomobillərə əngəl olmaq deyil, insanların daha rahat şəkildə gəzməsini təmin etmək ,həmçinin tarixi və mədəni irsimizi turistlərə təqdim edib, onların rahat şəkildə orada hərəkətinə şərait yaratmaqdır”.

Ekspertin sözlərinə görə dünya təcrübəsində belə addımlar həmin ərazilərin dəyərini də artırır.

“Belə yerlər həm dəyərli bir yerə, həm də insanların bəyəndikləri yerə çevrilir. İnsanlar harda rahat, avtomobilsiz, maneəsiz gəzə bilirsə orda xoşbəxt olurlar”.

Ekspertin sözlərinə görə bundan sonra da bir neçə küçədə belə addımlar atıla bilər.