Son dəqiqə
Reklam
Reklam

Azərbaycanda mənzil qiymətinə maşın nömrələri – 600 MİN MANAT!

Cəmiyyət

Azərbaycanın avtomobil elanları portallarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının fantastik qiymətlərə satışa çıxarılması diqqət çəkir.

Satışa qoyulan bəzi avtomobil nömrələrinin qiyməti paytaxtdakı mənzil qiymətlərini geridə qoyur:

10 MC 010 (600 000 AZN) – Siyahının mütləq lideri və qiymət rekordçusu! Yarım milyon manatdan da baha – tam 600 min AZN-ə satışa çıxarılan bu nömrə paytaxtın mərkəzində lüks mənzillərin qiymətini belə geridə qoyur.

10 AS 555 (200 000 AZN) – İkinci sırada “10” seriyası və xüsusi “üçlük” kombinasiyası ilə seçilən nömrə qərarlaşıb. Bu prestijli qeydiyyat nişanı 200 min manata təklif olunur.

10 TT 222 (160 000 AZN) – Üçüncü pillədə yer alan qoşa hərfli və eyni rəqəmlər silsiləsindən ibarət dövlət qeydiyyat nişanı isə 160 min manat qiymətlə alıcı axtarışındadır.

Qeyd edək ki, qiymət paradında həmçinin “10 CD 333” (115 000 AZN), “10 AA 969” (110 000 AZN) və “10 ZY 100” (110 000 AZN) kimi digər diqqətçəkən nömrələr də yer alır./yenisabah/