Son dəqiqə
Əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı son statistika Pensiyaya çıxan dövlət qulluqçularına 6 maaşlıq ödəniş olunacaq Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq Bu dövlət qulluqçularını işdən çıxarmaq mümkün olmayacaq Dövlət qulluqçuları 65 yaşdan sonra da işləyə biləcəklər – ŞƏRTLƏR Dövlət müəssisələrinin satınalmalarla bağlı yeni qaydalar hazırlanacaq Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir Bəzi dövlət şirkətlərinin satınalma qaydaları dəyişir Sumqayıtda peşə məktəbinin yerində yaşayış binası tikilir? – Rəsmi CAVAB
Reklam
Reklam

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Cəmiyyət

Dövlət qulluqçularının əlavə ödənişli fəaliyyətlə məşğul olması, siyasi partiyaların fəaliyyətində iştirakı və xarici səfərləri ilə bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Cagdas.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dövlət qulluqçusuna aşağıdakılar qadağan olunacaq:

– əmək qanunvericiliyində nəzərdə tutulan müvəqqəti əvəzetmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla, əlavə ödənişli, seçkili və ya təyinatlı vəzifə tutmaq;

– qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmaq;

– dövlət orqanlarının, qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmaq;

– dövlət orqanının rəhbərinin icazəsi olmadan beynəlxalq təşkilatın, xarici dövlətin, xarici fiziki və ya hüquqi şəxsin vəsaiti hesabına xaricə getmək;

– qulluq vaxtı siyasi partiyaların fəaliyyətində iştirak etmək;

– dövlət qulluqçusu statusundan dini təbliğat üçün istifadə etmək və dövlət orqanlarının strukturuna daxil olan qurumlarda dini mərasimlərə rəsmi xarakter vermək;

– tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.