• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.2° Weather Columbus
$
1.7
€
1.9638
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Dünya bu XƏBƏRDARLIQLA ÇALXALANIR

10 Avqust, 26 / 20:22
A A

Dünyada daha genişmiqyaslı müharibə ehtimalı bir daha gündəmə gətirilib. Bu dəfə Serbiya prezidenti Aleksandr Vuçiç həyəcan təbili çalıb. O hesab edir ki, hazırkı mənzərə ciddi narahatlıq üçün əsas verir. Bu barədə “Axel Springer” şirkətinin baş direktoru Matias Döpfnerin apardığı podkastda danışıb. Serbiya lideri dünyada daha böyük müharibənin başlama mərhələsinə daxil olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, indiyədək sülhə nail olmaq istiqamətində real təşəbbüslərin ortaya çıxacağına ümid edib. Lakin bu gözlənti özünü doğrultmayıb və yaxın müddətdə də vəziyyətin dəyişəcəyinə dair ciddi əsas görmür. Vuçiç mümkün böyük müharibənin konkret hansı ölkələri əhatə edə biləcəyi barədə açıqlama verməyib. Bununla belə, onun növbəti beş illə bağlı proqnozu diqqət çəkib.

0VkjplsDRbLKWYBuNs6OANTPoesERjXQAm62rTZu_1200.jpg (135 KB)

Serbiya prezidenti qarşıdakı illərdə ABŞ, Çin, Avropa İttifaqı, Rusiya və Hindistanın ətrafında yeni beynəlxalq düzənin formalaşacağını düşünür. O hesab edir ki, belə bir dünya nizamının yaranması prosesində daha dağıdıcı və təhlükəli silahlardan istifadə ehtimalı da arta bilər. Vuçiç Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatacağına da nikbin yanaşmır. Onun fikrincə, müharibənin 2026-cı ilin sonuna, yaxud 2027-ci ilin yazına qədər sona çatması real görünmür. Serbiya lideri hazırda hər iki tərəfin müəyyən mənada dalana dirəndiyini düşünür. Onun qənaətinə görə, tərəflərdən biri döyüş meydanında açıq üstünlük əldə etməyənədək real kompromisə nail olmaq çətin olacaq. Vuçiç eyni zamanda Rusiya prezidenti Vladimir Putinin Donbasın bütövlükdə nəzarətə götürülməsini hədəflədiyini iddia edib. Serbiya prezidenti hesab edir ki, Moskva bu məqsədə çatdıqdan sonra müharibənin dayandırılması istiqamətində addım atmağa hazır ola bilər.

Serbiya lideri ABŞ və Avropa ölkələrinə də çağırış edib. O, Qərbin Rusiya ordusunun zəifləməsini gözləmək əvəzinə danışıqların və atəşkəsin əldə olunması üçün imkanları araşdırmasının daha doğru olduğunu bildirib.

Vuçiçin “daha böyük müharibənin astanasındayıq” xəbərdarlığı nə dərəcədə əsaslıdır?

ORUCOV SON.jpeg (33 KB)

Cagdas.az-ın məlumatına görə, Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, SSRİ dağıldıqdan sonra beynəlxalq aləm indiki qədər riskli və mürəkkəb vəziyyətdə olmamışdı:

“Sovetlərin süqutu ABŞ-yə imkan verdi ki, hegemon güc olsun və dünyanı öz bildiyi kimi idarə etsin. Ancaq Rusiyanın və Çinin çoxqütblü dünya nizamı qurmaq iddiaları, həmçinin Vaşinqtonun təbii qazıntı və resurslara, strateji nəqliyyat xətlərinə nəzarət uğrunda apardığı mübarizə amansız xarakter alıb. Ağ Ev anlayır ki, rəqabət güclüdür və rəqiblər də zəif deyil. Eyni zamanda Donald Trampın birtərəfli olaraq “birinci Amerika” prinsipi Avropa İttifaqını yeni müstəqil güc mərkəzi olaraq formalaşdırmağa məcbur etdi. Ukrayna- Rusiya müharibəsi də bu maraqların toqquşması gerçəkliyində baş verdi. Elə bir vəziyyət yaranıb ki, dünyanın gələcək taleyi Ukrayna-Rusiya müharibəsinin yekunundan asılı qalıb. Ona görə də tərəflər kompromislərə getmək istəmir. Onsuz da bu müharibə qlobal xarakter alıb. Hibrid olaraq Aİ, ABŞ, Çin, Şimali Koreya və s. dövlətlər burada iştirak edirlər. Belə demək mümkünsə, sülh danışıqları və ya hansısa təmasların baş verməsi Kiyevin və Moskvanın tam iradəsindən asılı deyil. Serbiya prezidenti həmin açıqlamasında da daha çox Rusiyanın baxış bucağından çıxış edir. Heç kəs zəmanət verə bilməz ki, Putin Donbası əldən etdikdən sonra digər iddialarla çıxış etməyəcək və bununla kifayətlənəcək. İkincisi, Donbas Ukraynanın suveren ərazisidir və onu işğalçıya pay verməklə susdurmaq təkcə beynəlxalq hüquq normalarına zidd deyil, həm də təcavüzkarın iştahlandırılması deməkdir. Dünya praktikasında bu təcrübədən istifadə edilib. Lakin təcavüzkarı durdurmaq mümkün olmayıb. Nəzər yetirsək, bir daha aydın olar ki, dünyada yeni hərbi formatlar və qruplaşmalar yaradılır. Sonuncu belə format bir neçə gün əvvəl Məkkə sazişi ilə yaradılmış Səudiyyə Ərəbistanı-Türkiyə-Pakistan arasında reallaşdı. Bu da son deyil. Barışmaz mövqelər o həddə gəlib çatıb ki, hər an nüvə silahı işə salına bilər. Gələcəkdə daha bir qarşıdurma isə şirin su mənbələri ilə bağlı olacaq ki, bu da böyük qlobal təlatümlərə yol açacaq”.

Bənzər Xəbərlər

Cəmiyyət

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Avqust 10, 2026
Cəmiyyət

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

Avqust 10, 2026
Cəmiyyət

Metro təmirə bağlandı, ev bazarı qarışdı: Bu ərazilərdə evlər bahalaşacaq

Avqust 10, 2026
Cəmiyyət

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

Avqust 10, 2026
Cəmiyyət

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Avqust 10, 2026
Cəmiyyət

Tranzit yükdaşımalarda rekord – Son 5 ilin ən yüksək göstəricisi qeydə alındı

Avqust 10, 2026

XƏBƏR LENTİ

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

10 Avqust, 26 / 20:50

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

10 Avqust, 26 / 20:36

Dünya bu XƏBƏRDARLIQLA ÇALXALANIR

10 Avqust, 26 / 20:22

Metro təmirə bağlandı, ev bazarı qarışdı: Bu ərazilərdə evlər bahalaşacaq

10 Avqust, 26 / 20:09

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

10 Avqust, 26 / 19:54

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

10 Avqust, 26 / 19:39

Tranzit yükdaşımalarda rekord – Son 5 ilin ən yüksək göstəricisi qeydə alındı

10 Avqust, 26 / 19:26

Nazirlik 20 mindən artıq sahibkara lisenziya verib

10 Avqust, 26 / 19:11

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı AÇIQLAMA

10 Avqust, 26 / 18:57

Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri

10 Avqust, 26 / 18:46
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.