Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

DYP-dən uşaqlarla bağlı MÜRACİƏT

Cəmiyyət

Avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına diqqətlə yanaşmaq onların həyat və sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Cagdas.az  xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yol hərəkəti iştirakçılarına müraciətində deyilir:

“Təəssüf ki, bəzən hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması, eləcə də ayaqüstə dayanması kimi təhlükəli hallara rast gəlinir. İlk baxışdan adi görünən bu cür davranışlar gözlənilməz vəziyyət zamanı ciddi xəsarətlərə səbəb ola bilər”.

Müraciətdə qeyd edilib ki, xüsusilə uşaqların avtomobildə daşınması zamanı valideynlərin və sürücülərin üzərinə böyük məsuliyyət düşür:

“Uşaqların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə olunması, onların təhlükəsizlik kəməri ilə düzgün şəkildə bağlanması vacibdir. Unutmayaq ki, onların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır. Təhlükəsiz yol – diqqətli və məsuliyyətli davranışdan başlayır”.