Son dəqiqə
Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin! Paytaxtın xəritəsi dəyişir: Bakının bu 5 istiqamətinə axın başlayır – Binəqədi, Zığ, Hövsan və Qala… DSX təcili məlumat yaydı: İrandan havaya qalxdı, Azərbaycanda ələ keçirildi – VİDEO

DYP sürücülərə müraciət etdi

Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı sürücülərə müraciət edib.

Cagdas.az  xəbər verir ki, müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində güclü külək gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

“Güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsini çətinləşdirə, xüsusilə iri qabaritli nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər.

Bu səbəbdən sürücülərə sürət həddini mövcud hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinməyi tövsiyə edirik. Eyni zamanda, nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamaq vacibdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Unutmayaq ki, əlverişsiz hava şəraitində təhlükəsizliyin əsas şərti ehtiyatlı və məsuliyyətli davranışdır!”, – deyə qurumdan əlavə edilib.