Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Əbədi dostluq haqqında Müqavilə”nin mahiyyəti nədir? – AÇIQLAMA

Cəmiyyət

“Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı ən vacib məqamlardan biri məhz “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu”.

Cagdas.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu sənəd iki dövlət arasında qarşılıqlı strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

“Bu sənədin imzalanması dövlətlərin strateji münasibətlərinin yüksək səviyyəsini təsdiq etməklə yanaşı, xalqların tarixi yaxınlığını və gələcəkdə səmimiyyət, hörmət və etimada əsaslanan əlaqələrin dərinləşəcəyini özündə ehtiva edir. Bu anlaşma ölkələr arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirir və birgə sərmayə qoyluşlarını, xarici ticari əlaqələrini daha çox təşviq edir. Regionda ilk dəfə oxşar sənəd Qazaxıstan, Qırğızstan və Özbəkistan arasında 1997-ci ildə imzalanıb. Daha sonra, 2025-ci ildə Çin- Mərkəzi Asiya Anlaşmasına 6 dövlət qoşulub. Çin, Qazaxıstan, Qırğızıstan, Tacikstan, Türkmənistan və Özbəkistan bu sənədi imzalayıblar.

Azərbaycan ilə Özbəkistan arasında imzalanan əbədi dostluq Müqaviləsi ikitərəfli formatda imzalanan ilk sənədlərdəndir. Əslində, bu sənədi imzalamaqla ikitərəfli formatda Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdılar. İstər 1809-cu ildə Hindistanda Sind əmirləri arasında imzalanan, istərsə də 1940-ci ildə Mərkəzi Avropada razılaşdırılan sənədlər əbədi dostluğu ehtiva etməyib. Azərbaycan və Özbəkistan isə heç bir dövlətə qarşı olmamaqla, qarşılıqlı qardaşlıq əlaqələrini möhkəmləndirən müqaviləni imzalayıblar. Bu sənədin imzalanması 165 milyon əhalisi, 4.24 milyon kvadrat kilometr ərazisi və 2.4 trilyon dollar nominal iqtisadiyyatı olan Türk dünyasının inteqrasiyasında və daha da yaxınlaşmasında tarixi addım kimi qiymətləndirilir”.\referans media\