Son dəqiqə
Təhlükəli virus yenidən qayıdır? – Yoluxanların hamısı kişilərdir Azərbaycanda ezamiyyətlə bağlı qaydalar dəyişdi – ödənişlərə təsir edəcək? Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK 12 oktyabrda HAVA BELƏ OLACAQ Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR – Nazirlik AÇIQLADI Yatmazdan əvvəl yemək qəbul etmək sirroz riskini 28% artırır Sarımsaq qadınları ram etməyə kömək edirmi? – ARAŞDIRMA Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı Oktyabr 4 BÜRCƏ qeyri-adi uğur gətirəcək Daşqınlar, dəhşətli isti və yanğınlar: 2027-ci ildə hansı ölkələr təbii fəlakətlərlə üzləşəcək?
Reklam
Reklam

“Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru vəfat etdi

Cəmiyyət

Tanınmış şair, tərcüməçi, “Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru Ayaz Vəfalı vəfat edib.

Çağdaş.Az xəbər verir ki, A.Vəfalı 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959).

O, əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub. (Lent.az)