Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı

Cəmiyyət

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.

Cagdas.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.

Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.

Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl E. Vəliyevə məxsus  20 hektar ərazidə yerləşən “Grand Qafqaz Ticarət Kompleksi” (“Gəncə Bazar Store” MMC) banka olan kredit borcuna görə hərraca çıxarılmışdı. Bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmamışdı.

Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.