Çində elektrik enerjisi artıq gökyüzündə fəaliyyət göstərən külək turbinləri vasitəsilə əldə olunacaq. Sıçuan əyalətində səmaya qalxan bu turbinlər onları görənləri heyrətə gətirib.
Çağdaş.az “Haber Global”a istinadən xəbər verir ki, elmi-fantastik filmləri xatırladan görüntülər Çində qeydə alınıb. Yerli enerji şirkətinin hazırladığı uçan külək turbini bir neçə gün əvvəl sınaq uçuşunu uğurla başa vurduqdan sonra istismara verilib.
Havada asılı vəziyyətdə işləyən bu turbinlər minlərlə fut yüksəklikdə əsən güclü küləkləri enerji mənbəyinə çevirir. S2000 adlı modelin maksimal elektrik istehsalı gücü 3 meqavat təşkil edir.
Layihə Çinin bərpa olunan və yaşıl enerjiyə keçid strategiyası çərçivəsində həyata keçirilib. Qeyd edək ki, Çin hazırda günəş enerjisindən istifadə üzrə dünyada lider mövqedədir.


