Son dəqiqə
Reklam
Reklam

Ermənistan XİN rəhbəri İrandadır

Cəmiyyət

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tehrana səfər edib.

Cagdas.az xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Tehrana gəldim”, – deyə Mirzoyan yazıb və paylaşımına video əlavə edib.

Bundan əvvəl Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat katibi Ani Badalyan Ararat Mirzoyanın oktyabrın 4-5-də İran İslam Respublikasına rəsmi səfər edəcəyini açıqlamışdı.

Səfər çərçivəsində oktyabrın 5-də Mirzoyanın iranlı həmkarı, İranın xarici işlər naziri Abbas Arakçi, eləcə də ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Ermənistan-İran ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran regional məsələlərin müzakirə ediləcəyi bildirilir.\modern.az\