Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan həyati əhəmiyyətli ərazini Azərbaycana qaytarır – Xaçatryan

Cəmiyyət

Ermənistanın baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirələrə səbəb olub. Erməni baş nazir bildirib ki, Kərki, Bərxudarlı və Yuxarı Əskipara  Azərbaycan ərazisidir. O, anklav olan bu kəndlərin Azərbaycana qaytarılacağını deyib. Əlavə edib ki, “xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var – Cermukda (İstisu), Vayots Dzorun (Dərələyəz) digər rayonlarında və həmçinin Tavuşda. Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan”. Paşinyan Başkəndlə bağlı “erməni anklavı” iddiasını da yenidən təkrarlayıb.

Cagdas.az  Publika.az-a istinadən xəbər verir ki, Ermənistan müxalifəti baş nazirin açıqlamasını Azərbaycana yeni ərazilərin qaytarılacağının anonsu kimi qiymətləndirir.

Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Ermənistan hakimiyyətinin güzəşt seriyasını davam etdirdiyini iddia edib.

“Baş nazir artıq Tiqranaşeni Kərki adlandırır və Azərbaycana təhvil verməyə hazırlaşır”, – o bildirib.

“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Kərkinin Azərbaycana qaytarılmasından sonra strateji çətinliklər yaranacaq.

“Tiqranaşen (Kərki-red) Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əgər bu kənd Azərbaycana qaytarılsa və azərbaycanlılar orada baza qursalar, Ermənistan yarıya bölünəcək”, – erməni deputat iddia edib.

“Hraparak” nəşri isə Nikol Paşinyanı Azərbaycan və Türkiyəyə işləməkdə ittiham edib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti təkcə anklavları yox, sərhəd bölgəsində bir çox ərazini Azərbaycana qaytaracaq.

Ermənistanın baş nazirinə qarşı səslənən bu ittihamlar revanşistlərin təbliğat kampaniyasının tərkib hissəsidir. Paşinyan əslində erməni ictimaiyyətinə reallığı çatdırmağa çalışır. Çünki Kərki və Qazaxın üç anklav kəndi Azərbaycana məxsusdur, bununla yanaşı, SSRİ dövründə bir çox ərazimiz “otlaq və əkin” sahəsi adı altında ermənilərə verilib. Qarabağın işğalı dövründə isə Ermənistan sərhədin bir çox hissəsini qanunsuz olaraq irəli çəkib. Bütün bu məsələlər delimitasiya prosesində həll ediləcək və həm anklav kəndlər, həm də sərhəd bölgəsindəki ərazilər Azərbaycana qaytarılacaq.