Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Cəmiyyət

Ermənistan 2026–2031-ci illəri əhatə edən hökumət proqramı çərçivəsində milli kosmik imkanlarını inkişaf etdirməyi planlaşdırır.

Cagdas.az  xarici KİV-ə istinadən xəbər verir ki, proqramda ilk dəfə ayrıca strateji hədəf kimi milli kosmik infrastrukturun yaradılması nəzərdə tutulub. Beş il ərzində Ermənistanın ən azı üç peyk əldə edərək istismara verməsi planlaşdırılır.

Bunlardan ikisi Yer səthinin müşahidəsi, biri isə telekommunikasiya peyki olacaq.

Plan yalnız peyklərin alınması ilə məhdudlaşmır. Ermənistan hökuməti paralel olaraq milli yerüstü kosmik infrastruktur yaratmağı, peyklərin idarə olunması və onlardan əldə edilən məlumatların emalı üzrə yerli imkanlar formalaşdırmağı nəzərdə tutur.

Hökumət əldə ediləcək kosmik imkanlardan dövlət qurumları ilə yanaşı, elmi və özəl sektorun da istifadəsini planlaşdırır. Proqramda peyk məlumatlarına və rabitə xidmətlərinə çıxışın təmin edilməsi ayrıca qeyd olunur.

Telekommunikasiya istiqamətində isə Ermənistanda yüksəksürətli peyk genişzolaqlı internetin tətbiqi üçün şərait yaradılması nəzərdə tutulur. Bu xidmət ölkədə inkişaf etdirilən fiber-optik və 5G infrastrukturunu tamamlamalıdır.

Beləliklə, Ermənistanın planı təkcə üç peykin orbitə çıxarılmasını deyil, həm də peyklərin idarə edilməsi, məlumatların emalı və peyk rabitəsindən istifadə üçün milli kosmik ekosistemin formalaşdırılmasını əhatə edir.\modern.az\