• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.8° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rus kəşfiyyatının SENSASİON London əməliyyatları – Rəqiblər belə aradan götürülür

06 İyul, 26 / 17:38
A A

“7 sentyabr 1978-ci il. Londonun Vaterloo körpüsündə adi bir cümə axşamı günü avtobus gözləyən bolqar müxalif yazıçı və jurnalist Georgi Markov qəfil sağ ayağının arxa hissəsində kəskin ağrı hiss etdi. Arxaya çevriləndə yerə düşmüş çətirini götürən bir kişinin xarici aksentlə ondan üzr istədiyini, sonra isə cəld taksiyə minib uzaqlaşdığını gördü”.

Çağdaş.Az xəbər verir ki, bu barədə türkiyəli sosial media fəalı Nuri Ozan Cansever özünün platformasında məlumat yayıb.

“Markov “BBC” və Azad Avropa Radiosundakı çıxışlarında Bolqarıstan lideri Todor Jivkovu açıq şəkildə tənqid edir, buna görə də rejim tərəfindən hədəf alınmışdı. Onun başına gələn hadisə “soyuq müharibə” dövrü kəşfiyyatının biokimya və mikro-mühəndisliyi birləşdirən mükəmməl planlaşdırılmış sui-qəsdi idi.

Markovun ayağına yeridilən cisim Sovet KQB-nin gizli toksikologiya laboratoriyası – “Kamera” tərəfindən hazırlanmış mürəkkəb mikro-mühəndislik məhsulu idi. Diametri cəmi 1,52 millimetr olan, yəni sancaq başı böyüklüyündə bu kürəcik 90 faiz platin və 10 faiz iridium ərintisindən hazırlanmışdı.

Bu metalların seçilməsi təsadüfi deyildi. İnsan orqanizminin immun sistemi bu metallara reaksiya vermədiyi üçün yad cisim toxuma daxilində iltihab yaratmadan gizlənə bilirdi.

Kürəciyin üzərində diametri 0,35 millimetr olan, bir-birini kəsən iki mikroskopik dəlik açılmışdı. Həmin dəliklərə gənəgərçək (kastor) bitkisinin toxumlarından əldə edilən və sianiddən minlərlə dəfə daha zəhərli olan təmiz risin (ricin) maddəsi doldurulmuşdu. Ümumi zəhər miqdarı cəmi 0,2 milliqram idi. Bu isə yetkin bir insanı öldürmək üçün kifayət edirdi.

Bu sistemin işləmə prinsipi qurbanın öz bədən hərarətinə əsaslanırdı. Risinlə doldurulmuş mikroskopik dəliklər insan bədəninin temperaturunda əriyən xüsusi şəkər tərkibli maddə ilə möhürlənmişdi. Çətirin ucunda gizlədilmiş mexaniki və səssiz işləyən mexanizm vasitəsilə kürəcik Markovun dərisinin altına yeridildikdən sonra həmin örtük əriməyə başlayır, risin isə tədricən qan dövranına qarışırdı.

Risin hüceyrələrə daxil olaraq zülal sintezini təmin edən molekulyar mexanizmi bloklayırdı. Nəticədə hüceyrələr həyati vacib zülalları istehsal edə bilmir, orqanlar hüceyrə səviyyəsində sıradan çıxmağa başlayırdı. Üstəlik, həmin dövrdə bu toksinə qarşı məlum heç bir antidot mövcud deyildi.

Hadisədən sonra Markov yüksək hərarət və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirildi. Həkimlər vəziyyəti adi infeksiya kimi qiymətləndirərək antibiotik müalicəsinə başladılar. Lakin qandakı zəhəri aşkar edə bilmədilər. Risin kimyəvi iz qoymadan toxumaları sistemli şəkildə məhv edirdi.

Dörd gün davam edən çoxsaylı orqan çatışmazlığından sonra, 11 sentyabr 1978-ci ildə Georgi Markov həyatını itirdi.

Məhkəmə-tibb eksperti Dr. Rufus Crampton tərəfindən aparılan yarılma zamanı ayağın arxa hissəsindəki nekrozlaşmış toxumanın mərkəzində həmin kiçik platin-iridium kürəciyi aşkar edildi.

Cinayətdə istifadə olunduğu ehtimal edilən xüsusi hazırlanmış çətir heç vaxt tapılmadı. Sui-qəsdin əsas icraçısı hesab edilən “Pikadilli” kod adlı agent Francesco Gullino isə ələ keçmədi və hakim qarşınısa çıxarılmadı.

Biokimya ilə ballistik mühəndisliyinin vəhdətindən yaranmış bu mikroskopik kürəcik “soyuq müharibə” dövrünün ən məşhur müəmmalı siyasi qətllərindən birinin əsas sübutu kimi tarixdə öz yerini aldı”.

Qeyd edək ki, bənzər hadisə tarix boyu müxtəlif şəxslərin də başına gəlib. Keçmiş Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Britaniya kəşfiyyatı casusu Aleksandr Litvinenko 2006-cı ildə Londonda qaldığı oteldə radioaktiv maddə – “Polonium-210” ilə zəhərlənərək öldürülüb. Britaniya məhkəmə və rəsmi araşdırmaları bu sui-qəsdin birbaşa Rusiya Prezidenti Vladimir Putinin razılığı ilə həyata keçirildiyi qənaətinə gəlib.

Rusiyalı milyarder və keçmiş siyasətçi Boris Berezovski 23 mart 2013-cü il tarixində Böyük Britaniyanın Berkşir qraflığındakı malikanəsində ölü tapılıb. Ölüm rəsmi olaraq intihar kimi qeyd edilsə də, bəzi yaxınları və dostları onun qətlə yetirildiyini iddia ediblər.

Bundan əlavə, 2018-ci ilin martında Böyük Britaniyanın Solsberi şəhərində keçmiş rus casusu Sergey Skripal və qızı Yuliya “Noviçok” adlı hərbi təyinatlı sinir-ifrazedici maddə ilə zəhərlənmişdi.

Rusiyalı müxalifət lideri Aleksey Navalnı 16 fevral 2024-cü il tarixində cəza çəkdiyi Yamalo-Nenets muxtar dairəsindəki (Sibir) islah koloniyasında vəfat edib. Rusiya rəsmiləri onun qəfil xəstəlik səbəbindən öldüyünü iddia etsə də, tərəfdarları və beynəlxalq birlik onun hakimiyyət tərəfindən zəhərlənərək qətlə yetirildiyini bildirir./Globalinfo.az/

 

Bənzər Xəbərlər

Dünya

Türkiyə dünyaya meydan oxudu: Milli müdafiə sistemi NATO-ya daxil oldu

İyul 6, 2026
Dünya

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İyul 6, 2026
Dünya

Meloni ilə qalmaqal bitmir: Trampdan yeni sataşma

İyul 6, 2026
Dünya

Rusiyada miqrantlara qarşı sərt qərar: Deportasiya siyahısı genişləndirilir

İyul 6, 2026
Dünya

NATO Zirvəsi ərəfəsində qalmaqal: Trampın Meloni paylaşımı aləmi qarışdırdı - FOTO

İyul 6, 2026
Dünya

Kiyevdə matəm elan edildi

İyul 6, 2026

XƏBƏR LENTİ

Sabah 37 dərəcə isti olacaq

06 İyul, 26 / 19:02

Haaland tarixi yazdı, şahzadənin jesti isə gecəyə damğa vurdu

06 İyul, 26 / 18:45

Bu avtobuslarda gediş haqqı BAHALAŞDI

06 İyul, 26 / 18:27

Türkiyə dünyaya meydan oxudu: Milli müdafiə sistemi NATO-ya daxil oldu

06 İyul, 26 / 18:11

Kimlər daha tez pensiyaya çıxa bilər?

06 İyul, 26 / 17:55

Rus kəşfiyyatının SENSASİON London əməliyyatları – Rəqiblər belə aradan götürülür

06 İyul, 26 / 17:38

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

06 İyul, 26 / 17:22

Meloni ilə qalmaqal bitmir: Trampdan yeni sataşma

06 İyul, 26 / 17:05

Azərbaycanın yeni qırıcıları səmaya qalxdı – VİDEO

06 İyul, 26 / 16:48

Rusiyada miqrantlara qarşı sərt qərar: Deportasiya siyahısı genişləndirilir

06 İyul, 26 / 16:31
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.