• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Ermənistan üçün kritik 10 gün başladı

16 Sentyabr, 26 / 11:11
A A

Rusiyadan Ermənistana təbii qazın verilməsi sentyabrın 15-dən 25-dək müvəqqəti dayandırılıb.

Cagdas.az  “Svobodnaya Pressa” nəşrinə istinadən xəbər verir ki, rəsmi açıqlamada səbəb magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması göstərilir.

İrəvan isə əhalinin və digər istehlakçıların qazla təminatında problem yaranmayacağını, ölkənin kifayət qədər ehtiyatının olduğunu açıqlayıb. Bu müddətdə Ermənistanın əlavə qaz tələbatının İran hesabına qarşılanacağı bildirilir. Beləliklə, son illərdə Rusiya qazından asılılığı azaltmaq barədə danışan İrəvan üçün bu 10 günlük dövr faktiki olaraq alternativ mənbənin imkanlarını sınaqdan keçirmək baxımından da diqqət çəkir. Hazırda Ermənistan enerji sistemində Rusiya qazının çəkisi kifayət qədər böyükdür.

«Пробничек» для Армении: Прекращение подачи газа – знак из Кремля Пашиняну и армянской диаспоре

“Sputnik Ermənistan”ın məlumatına görə, 2025-ci ildə “Qazprom” Ermənistana təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. İran istiqamətindən isə “qaz-elektrik enerjisi mübadiləsi” proqramı çərçivəsində ildə təxminən 476 milyon kubmetr qaz daxil olur.

Məhz bu mənzərə fonunda sentyabrın 15-dən başlayan fasilə sırf texniki məsələ olmaqla yanaşı, siyasi müstəvidə də şərh edilməyə başlayıb.

Rusiya mətbuatında bəzi ekspertlər hesab edirlər ki, qaz məsələsi Moskva ilə İrəvan arasında münasibətlərin gələcəyi ilə bağlı daha geniş prosesin tərkib hissəsi ola bilər. Politoloq Sergey Stankevich “Svobodnaya Pressa”ya açıqlamasında qaz kəmərinin qısa müddətə dayandırılmasını “siyasi alt-mətnə malik texniki məqam” kimi qiymətləndirib.

Onun sözlərinə görə, qaz təchizatının dayandırılması Nikol Paşinyanın Moskvaya mümkün səfərinə hazırlıq dövrünə təsadüf edir və bu, səfərin informasiya fonuna təsir göstərə bilər. Ekspert Moskvanın İrəvandan Rusiya ilə Avropa İttifaqı arasında seçim məsələsində daha aydın mövqe gözlədiyini iddia edib.

Moskva son aylarda İrəvanın xarici siyasət kursunda yaranan dəyişikliklərə daha açıq reaksiya verir. Rusiya prezidenti Vladimir Putinin sentyabrın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Nikol Paşinyanla görüşündə Ermənistanın Aİ-yə mümkün üzvlüyü məsələsinin müzakirə edildiyi bildirilmişdi. Bundan sonra Ermənistanın hansı inteqrasiya modelini seçəcəyi məsələsi Rusiya-Ermənistan gündəliyinin əsas mövzularından birinə çevrilib. İndi isə enerji faktoru bu siyasi qarşıdurmanın fonunda daha həssas görünür.

В Армении у населения отобрали земельные участки и передали их компании «Газпром Армения»

Rusiya qazının Ermənistana hansı qiymətlə satılması da ayrıca mübahisə predmetidir. Rusiyalı politoloq Andrey Suzdalçev “Svobodnaya Pressa”ya bildirib ki, Moskva Ermənistan üçün qazın min kubmetrini təxminən 177,5 dollara satır və bu qiymət 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinə qədər qüvvədə olan razılaşma ilə müəyyənləşdirilib. Ermənistan üçün əsas problem isə alternativ mənbələrin həcmi və qiymətidir. İran qazı hazırda Rusiya qazını tam əvəz edə biləcək həcmdə deyil. İranla mövcud mexanizm əsasən elektrik enerjisi müqabilində qaz mübadiləsinə əsaslanır. Buna görə də Rusiya ilə uzunmüddətli qaz münasibətlərinin tamamilə dayandırılması halında İrəvanın daha böyük həcmdə alternativ qaz tapması lazım gələcək.

Burada coğrafi faktor da Ermənistanın qarşısında ciddi məhdudiyyət yaradır. İran istiqaməti mövcuddur, lakin onun imkanları Rusiya xəttinin tam əvəzi deyil. Digər potensial istiqamət Türkiyədir. Ancaq Ermənistan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və regiondakı geosiyasi proseslər bu variantın nə dərəcədə real və sərfəli olacağı ilə bağlı suallar doğurur.\musavat.com\

Bənzər Xəbərlər

Dünya

SSRİ-nin 26 dünya rekordu vuran təyyarəsi – Bakı ilə bağlı az bilinən tarixçə

Sentyabr 16, 2026
Dünya

Bakıda 10 istiqamətdə tıxac yaranıb

Sentyabr 16, 2026
Dünya

Lavrov: Rusiya Qərbdə dondurulmuş valyuta ehtiyatlarını geri qaytaracaq

Sentyabr 15, 2026
Dünya

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir – FOTOLAR 

Sentyabr 14, 2026
Dünya

Kreml: Rusiya neft məhsullarının ixracına qadağanı daxili bazarı təmin etmək üçün tətbiq edib

Sentyabr 14, 2026
Dünya

FSB: Ukraynaya göndərilən Qərb silahları Meksika narkokartellərinin əlinə keçir

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi – FOTO

16 Sentyabr, 26 / 12:05

“Əgər bilsəydim ki, Ramiz Mehdiyev…”

16 Sentyabr, 26 / 11:51

Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

16 Sentyabr, 26 / 11:37

Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI

16 Sentyabr, 26 / 11:25

Ermənistan üçün kritik 10 gün başladı

16 Sentyabr, 26 / 11:11

Müqəddəs Məkkəyə hücum CƏHDİ

16 Sentyabr, 26 / 10:57

Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?

16 Sentyabr, 26 / 10:48

Paşinyana Avropada mükafat veriləcək

16 Sentyabr, 26 / 10:36

Qızıl-gümüş bahalaşdı

16 Sentyabr, 26 / 10:22

Pensiyalar və uşaqpulu ilə bağlı gözlənilməz plan – Detallar üzə çıxdı

16 Sentyabr, 26 / 10:09
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.