Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərb ölkələrində dondurulmuş valyuta ehtiyatlarının geri qaytarılmasına nail olacaq.
Çağdaş.Az xəbər veir ki, Lavrov bu barədə Ukrayna nizamlanmasına həsr olunmuş səfirlərdən ibarət “dəyirmi masa” toplantısında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, European Commission hələ də Rusiyaya məxsus aktivləri müsadirə etmək niyyətindədir.
Nazir bildirib ki, Avropa Komissiyası həmin vəsaitlərin yalnız Rusiyanın Ukraynaya təzminat ödəməsindən sonra geri qaytarılmasını nəzərdə tutur.
“Avropa Komissiyası hələ də bu aktivləri müsadirə etmək və yalnız Ukraynaya müəyyən məbləğdə təzminat ödənildikdən sonra onları bizə qaytarmaq istəyir. Biz valyuta ehtiyatlarımızın geri qaytarılmasına nail olacağıq. Buna heç bir şübhəm yoxdur”, – deyə Lavrov vurğulayıb.















